3 həftə, 5 gün əvvəl

UFAZ-ın 14 tələbəsi “Azərbaycan Mühəndislik Yarışı”nda mükafata layiq görülüb

690671062_1641501247510407_143230465164452640_n ce9

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 14 tələbəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Elsevier”in birgə təşkil etdiyi “Azərbaycan Mühəndislik Yarışı”nda mükafata layiq görülüb. Yarışda ən yüksək nəticəni UFAZ-ın “Kompüter elmləri” ixtisasında təhsil alan Pavel Kuznetsov göstərib.

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov rəqəmsal elmi resursların müasir təhsildə rolunu qeyd edərək bu cür platformaların tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Həmçinin bu yarışların tələbələrin beynəlxalq elmi məlumat bazalarından istifadə vərdişlərini artırmaqla yanaşı, onların gələcək peşəkar fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıb.

Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov yarış barədə ətraflı məlumat verib. O qeyd edib ki, müsabiqədə ölkənin 16 universitetindən 160-dan çox tələbə iştirak edib və iştirakçılar mühəndislik üzrə elmi platformalar üzərindən tapşırıqları yerinə yetirərək biliklərini sınayıblar.

Sonra “Informascope” şirkətinin satış direktoru Ümit Yontar çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətindən danışıb. O, belə yarışların beynəlxalq elmi resurslara çıxışının genişləndirilməsinin tələbələrin qlobal səviyyədə rəqabət qabiliyyətini artırdığını bildirib.

Qeyd edək ki, 20 aprel – 1 may tarixlərini əhatə edən yarış tələbələrin “Knovel” və “Engineering Village” platformalarından istifadə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

Sonda bütün qaliblərə diplom və dəyərli hədiyyələr təqdim olunub.

690654623_1641501224177076_3709775634360845139_n ce8
690682919_1641501217510410_3643859471655314262_n ce7
690652514_1641501184177080_2204965230824229642_n ce6
690671062_1641501150843750_3780752884275239384_n ce5
690687869_1641501140843751_2120531971087949248_n ce4
690665252_1641501144177084_1598019818307475409_n ce3
690664175_1641501107510421_5633999755708342789_n ce2
690671041_1641501074177091_2299206915950134404_n ce1