5 gün, 11 saat əvvəl

UFAZ-ın 157 tələbəsi məzun adını qazanıb

3P7A5552.JPG vebbie 26

İyunun 23-də Bakı Kristal Zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzun Günü 2026 tədbiri keçirilib. Tədbirdə ADNSU ilə yanaşı, Azərbaycan Fransız Universitetinin (UFAZ) məzunları da təntənəli şəkildə məzun olublar.

Bu il UFAZ üzrə bakalavriat səviyyəsində 123 tələbə məzun olub. Onlardan 45-i qız, 78-i isə oğlan tələbələrdir. Magistratura səviyyəsində isə 34 tələbə təhsilini uğurla başa vurub, onların isə 13-ü qız, 21-i oğlan tələbələrdir.

Qeyd edək ki, UFAZ-ın magistratura məzunlarından 21 nəfər hazırda 2025-2026-cı tədris ilinin son semestri çərçivəsində Fransada istehsalat təcrübəsində iştirak edirlər.

Tədbirin rəsmi hissəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, elm və təhsil nazirinin müavini İdris İsayev, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək məzunları təbrik edib, onlara gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra təhsil müddətində yüksək akademik göstəriciləri və fəallıqları ilə seçilən tələbələr təltif olunub, onlara xüsusi hədiyyələr təqdim edilib. Mükafatlandırılan tələbələr arasında UFAZ məzunları da yer alıblar.

Tədbirin ən yaddaqalan anlarından biri isə məzunların ənənəvi olaraq məzun papaqlarını havaya atması olub. Bu simvolik an gənclərin tələbəlik həyatına vida edərək yeni bir mərhələyə qədəm qoymalarını ifadə edib.

Rəsmi hissədən sonra tədbir əyləncə proqramı ilə davam edib. UFAZ Musiqi Klubunun üzvləri səhnədə canlı musiqi nömrələri ilə çıxış edərək proqramın ən fəal iştirakçıları sırasında yer alıblar.

Azərbaycan-Fransız Universiteti (UFAZ) adından bütün məzunları təbrik edir, onlara gələcək akademik və peşəkar fəaliyyətlərində yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.

1 gradddd 26
2 gradddd 26
4 gradddd 26
5 gradddd 26
6 gradddd 26
7 gradddd 26
8 gradddd 26
9 gradddd 26
10 gradddd 26
11 gradddd 26
12 gradddd 26
13 gradddd 26
14 gradddd 26
15 gradddd 26
16 gradddd 26
17 gradddd 26
18 gradddd 26
1782266793472 gradddd 26
3P7A5755 gradddd 26
3P7A5825 gradddd 26
3P7A5539 gradddd 26