4 gün, 11 saat əvvəl
UFAZ-ın 4 tələbəsi DAAD təqaüd proqramına layiq görülüblər
Almaniyanın nüfuzlu təqaüd proqramlarından biri olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdünü qazananlar arasında Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri də yer alıblar.
DAAD dünyanın ən böyük beynəlxalq akademik mübadilə və maliyyələşdirmə təşkilatlarından biri hesab olunur. Təşkilat hər il müxtəlif ölkələrdən olan tələbə və tədqiqatçılara Almaniyada təhsil və elmi fəaliyyətlərini davam etdirmək üçün təqaüd imkanları təqdim edir.
2026-cı il üzrə DAAD təqaüd proqramına seçilən UFAZ tələbələri:
- Novruz Cuvarlinski – “Kimya mühəndisliyi” ixtisası
- Nərgiz Tağıyeva – “Kimya mühəndisliyi” ixtisası
- Tamerlan Musayev – “Kimya mühəndisliyi” ixtisası
- Pavel Kuznetsov – “Kompüter elmləri” ixtisası
Tələbələr əldə etdikləri akademik nailiyyətlər və hazırlıq səviyyələri sayəsində beynəlxalq seçim prosesindən uğurla keçərək bu nüfuzlu proqramın qalibləri sırasında yer alıblar.
DAAD təqaüdü onlara Almaniyanın ali təhsil və tədqiqat mühitində təhsil almaq, yeni akademik və peşəkar təcrübələr qazanmaq imkanı yaradacaq.
Tələbələri bu uğur münasibətilə təbrik edir, onlara gələcək təhsil və karyera fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.