3 həftə, 5 gün əvvəl

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə və UFAZ-ın 10 illiyinə həsr olunmuş marafon yarışı keçirilib

695964326_1645152887145243_423735564432475578_n mar30

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətinin 10 illiyinə həsr olunmuş UFAZ – 10 İl Marafonu keçirilib.

Yarış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Savat Federasiyası, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan-Fransa Məzunları Assosiasiyası (AAAF), Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı və “Azərsun Holding”in sponsorluğu ilə təşkil olunub.

Beynəlxalq idman standartlarına uyğun keçirilən marafon “Yeddi Gözəl” musiqili fəvvarə kompleksindən başlayaraq “Bakı Kristal zalı” istiqamətində davam edib. Ümumi məsafəsi 10 kilometr olan yarışda 192 iştirakçı mübarizə aparıb. Qeydiyyat hər kəs üçün açıq olub və iştirakçılar kişilər, qadınlar və tələbələr kateqoriyaları üzrə yarışıblar.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, tələbə və idmansevərlər arasında ünsiyyətin, həmrəyliyin və komanda ruhunun gücləndirilməsi olub. UFAZ-ın 10 illik yubileyi münasibətilə təşkil olunan marafon universitet icmasını, tələbələri, məzunları və tərəfdaşları bir araya gətirən əlamətdar tədbir kimi yadda qalıb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov UFAZ-ın ötən 10 il ərzində Azərbaycan ali təhsil məkanında xüsusi yer qazandığını və beynəlxalq təhsil modelinin uğurlu nümunəsinə çevrildiyini qeyd edib. Rektor bildirib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov isə çıxışında UFAZ-ın 10 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, tələbə və məzunların nailiyyətlərindən, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarından danışıb. O, marafonun yalnız idman yarışı deyil, həm də UFAZ-ın 10 illik inkişaf yolunu simvolizə edən tədbir olduğunu vurğulayıb.

Yarışın nəticələrinə əsasən, kişilər kateqoriyası üzrə I yerə Əli Rzazadə, II yerə Tural Hüseynli, III yerə Samir Hüseynov layiq görülüb. Qadınlar kateqoriyasında I yeri TatyanaƏliyeva, II yeri Yuliya Belkova, III yeri Mahsa Palar tutub. Tələbələr arasında isə I yerin qalibi Əhsən Əliyev, II yerin qalibi Kamal Rzayev, III yerin qalibi Ayxan Ağayev olub.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Yarış iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

694974893_18440443261142597_5653909486209647714_n mar1
695096514_18440443330142597_4816463097985333846_n mar5
689563014_18440443423142597_7719491221004727194_n mar2
696558292_18440443357142597_7916336506015475763_n mar3
696540795_18440443318142597_3548940965996223_n mar4
698516906_18440443279142597_5253031853105128954_n mar6
698284083_18440443414142597_6106145174684486749_n mar7
694248597_18440443396142597_3436010724948156894_n mar8
696512474_18440443375142597_6244801112490804324_n mar9
695004001_18440443276142597_187833829049845543_n mar10
698284077_18440443348142597_9220650290964291644_n mar11
696275421_18440443300142597_4458032494887379981_n mar12
694974390_18440443366142597_8282483850627071349_n mar13
689133431_18440443387142597_7739401682523312044_n mar14
695071490_18440443339142597_4307671711420510867_n mar15
696751393_1645147210479144_3237330357078794986_n mar16
695866448_1645148263812372_2116349295722923881_n mar18
697095009_1645148577145674_8807620224483133806_n mar19
696924523_1645150800478785_8533320172738826200_n mar20
695810039_1645150953812103_6180640041867610610_n mar21
698458080_1645151117145420_4628242572867075648_n mar22
698484107_1645151230478742_3301887978947626869_n mar23
696998860_1645151473812051_4345542745606844160_n mar24
698799902_1645151630478702_6100386658559911863_n mar25
698607319_1645151900478675_7349424634524997913_n mar26
698979258_1645152143811984_7555087273359455316_n mar27
695762081_1645153137145218_3162201701062068397_n mar32
696433629_1645152473811951_8832722328841347954_n mar28
698876294_1645152610478604_2065170393515502784_n mar29
696792250_1645153057145226_4174571582073938851_n mar31