5 saat əvvəl

UFAZ-da vulkanik süxurların mexaniki xüsusiyyətlərinə dair tədqiqat seminarı keçirilib

res seminar kamal bayramivvv 26 1

Noyabrın 19-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu və tədqiqat mühəndisi Kamal Bayramovun təqdimatında “Vulkanik süxurlarda sıxılma lokalizasiyası” mövzusunda tədqiqat seminarı keçirilib.

Seminar zamanı vulkanik süxurlarda sıxılma lokalizasiyası prosesinin mexanizmləri və bu prosesin süxurların fiziki xüsusiyyətlərinə təsiri müzakirə olunub. Təqdimatda müxtəlif məsamə istiqamətlənmələrinə malik vulkanik süxurların üçoxlu deformasiya şəraitində davranışı, məsamələrin istiqamətlənməsinin sıxılma zolaqlarının formalaşmasına və keçiriciliyə təsiri araşdırılıb.

Bununla yanaşı, süxurların uzunmüddətli yük altında deformasiyası (sürünmə) nəticəsində sıxılmanın baş verib-vermədiyi və sıxılma zolaqlarının yaranması məsələsinə toxunulub. Təqdimatın digər istiqaməti sinxrotron rentgen görüntüləməsi vasitəsilə vulkanik süxurda sıxılma zolağının yaranması və inkişafının real vaxt rejimində müşahidəsi olub. Əldə olunan nəticələr göstərib ki, məsamələrin istiqamətlənməsi sıxılma zolaqlarının istiqamətinə və axın yollarının mürəkkəbliyinə təsir edir, sürünmə deformasiyası isə vulkanik süxurlarda zamanla sıxılma zolaqlarının formalaşmasına səbəb ola bilir.

Qeyd edək ki, sıxılma lokalizasiyasının öyrənilməsi vulkanik qazların süxurlardan çıxışı, vulkanik strukturların dayanıqlılığı və geotermal rezervuarların fəaliyyəti baxımından əhəmiyyət daşıyır.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Daha sonra spiker auditoriyaya mövzu ilə bağlı xüsusi sual ünvanlayıb və ən yaxşı cavabı təqdim edən iştirakçıya hədiyyə verilib. Seminar iştirakçıların fikir mübadiləsi aparması və təcrübələrini bölüşməsi üçün təşkil olunan şəbəkələşmə sessiyası ilə yekunlaşıb.

res seminar kamal bayramivvv 26 2
res seminar kamal bayramivvv 26 3
res seminar kamal bayramivvv 26 4
res seminar kamal bayramivvv 26 5
res seminar kamal bayramivvv 26 6
res seminar kamal bayramivvv 26 7
res seminar kamal bayramivvv 26 8
res seminar kamal bayramivvv 26 9
res seminar kamal bayramivvv 26 10
res seminar kamal bayramivvv 26 11
res seminar kamal bayramivvv 26 12