11 saat əvvəl

UFAZ-da yer elmləri üzrə nailiyyətlər və gələcək strategiyalar müzakirə olunub

644780530_1583313336662532_1046735451579364753_n 10y1

Fevralın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) "UFAZ: 10 il – Gələcək üçün 10 ideya" silsiləsi çərçivəsində "Yer elmləri cəmiyyətin xidmətində: Təhlükələr, resurslar və dayanıqlılıq" mövzusunda tədbir keçirilib. UFAZ-ın baş katibi Dr. Martin Qodon qonaqları salamlayaraq universitetin bu sahədəki strateji rolunu vurğulayıb.

“Geofizika mühəndisliyi” proqramı üzrə koordinator Arzu Əliyeva "Təməldən təsirə: UFAZ-da yer elmləri tədqiqatlarının mərhələləri (2016-2026)" mövzusunda geniş təqdimatla çıxış edərək universitetin keçdiyi inkişaf yolunu iki əsas dövrə bölüb. 2016-2020-ci illər təməlin qoyulması mərhələsi kimi qiymətləndirilib, 2020-2025-ci illər isə sürətli inkişaf dövrü olaraq qeyd edilib.

Bu müddət ərzində magistratura pilləsində tədrisin başladığı, tələbələrin Fransada 6 aylıq təcrübə keçmək imkanı əldə etdiyi və məzunların müxtəlif doktorantura proqramlarına qəbul olunduqları vurğulanıb. UFAZ-da tədqiqat fəaliyyətinin nəticəsi olaraq geofizika, geologiya və geokimya sahələrindəki elmi məqalələrin böyük əksəriyyətinin yüksək reytinqli Q1 və Q2 kateqoriyalı jurnallarda dərc olunduğu bildirilib. Bu uğurların həm Azərbaycan və Fransa hökumətlərinin təqaüd proqramları, həm də sənaye tərəfdaşlarının dəstəyi sayəsində mümkün olduğu diqqətə çatdırılıb.

Növbəti hissədə UFAZ-ın yer elmləri üzrə baş koordinatoru Lukas Bofil, UFAZ məzunu və ADNSU-nun tədqiqatçı-müəllimi Zaur Bayramov və UFAZ məzunu, ADNSU-nun SABAH mərkəzinin Neft-qaz geologiyası proqramının rəhbəri Rəşad Abbasovun iştirakı ilə “Yer elmləri cəmiyyətin xidmətində: Sahə məlumatları, peyklər və rəqəmsal modellər” mövzusunda elmi məruzələr dinlənilib. Çıxışçılar yer elmlərinin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, müasir məlumat toplama üsullarının və rəqəmsal modelləşdirmənin tətbiqi sahəsindəki yeniliklər barədə ətraflı məlumat veriblər.

Daha sonra “Neft və qaz mühəndisliyi” proqramı üzrə koordinator Fidan Aslanzadənin moderatorluğu ilə " Azərbaycanda yer elmləri: Enerji keçidi, iqlim riskləri və qlobal qeyrimüəyyənliklərin idarə olunması" mövzusunda panel müzakirəsi keçirilib. Panel zamanı enerji keçidinin və iqlim siyasətinin növbəti 20 ildə Azərbaycanın təbii resurs strategiyasına təsiri, ölkənin üzləşə biləcəyi kritik geoloji və seysmoloji risklər və mövcud data boşluqlarının aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda bu sahədə təhsil sektoru, hökumət və sənaye arasındakı strateji tərəfdaşlığın vacibliyi qeyd olunub.

645152540_1583313589995840_6573604929656530958_n 10y2
645231441_1583313619995837_3111121544303129045_n 10y3
645774990_1583313906662475_7018234806472620423_n 10y11
644752036_1583313673329165_3657888628596463409_n 10y4
644342550_1583313716662494_8722180111852888317_n 10y6
645498220_1583313723329160_5066712426429702213_n 10y7
645221273_1583313826662483_3231747760209460631_n 10y7
645402485_1583313903329142_5983758120179005215_n 10y10
645603973_1583313896662476_9080341488013897673_n 10y9
644084549_1583313909995808_8357784371066886599_n 10y13
645579283_1583314433329089_7832060530610472643_n 10y14