1 həftə, 3 gün əvvəl

ADNSU və UFAZ tələbələri üçün “Qabaqcıl süni intellekt və maşın öyrənməsi tətbiqləri” hakatonu keçirilib

aiml hakaton 1

Noyabrın 29-30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib. ADNSU və UFAZ tələbələri üçün nəzərdə tutulan tədbir mentorların dəstəyi ilə innovativ layihələrin hazırlanması və təqdim olunmasını təşviq edib.

İki gün davam edən hakatonda 85 nəfərdən ibarət 22 komanda iştirak edərək süni intellekt və maşın öyrənməsi sahəsində bilik və bacarıqlarını nümayiş etdirib. Komandalar təcrübəli mentorların rəhbərliyi altında layihələrini təkmilləşdirmək, problemləri həll etmək və real dünya tətbiqlərinə uyğun prototiplər yaratmaq imkanı əldə ediblər.

Hakatonun sonunda layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və yarışın qalibləri müəyyən edilib. Birinci yerin qalibi “AI Strikers” komandası olub, ikinci və üçüncü yerləri isə müvafiq olaraq “NAVI” və “Smart Screen” komandaları tutub. Qalib komandalar 2500 AZN, 1500 AZN və 1000 AZN məbləğində mükafatlarla təltif olunublar.

Tədbir tələbələrə həm texniki, həm də komandada işləmək bacarıqlarını inkişaf etdirmək, real problemlərə innovativ həllər tapmaq və gələcək karyeralarında tətbiq edə biləcəkləri təcrübə qazanmaq imkanı verib.

aiml hakaton 2
aiml hakaton 3
aiml hakaton 4
aiml hakaton 5
aiml hakaton 6
aiml hakaton 7
aiml hakaton 8
aiml hakaton 10
aiml hakaton 11