1 həftə, 3 gün əvvəl

Fransanın Azərbaycandakı səfiri UFAZ-a rəsmi ziyarət edib

624328006_1553655422961657_9210594085909620280_n am1

Yanvarın 29-da Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sofi Laqut Azərbaycan-Fransız Universitetini (UFAZ) ziyarət edib.

UFAZ-ın tədris binası və laboratoriyalarına turla başlayan ziyarət zamanı xanım səfir müasir avadanlıqlar və davam edən tədqiqat layihələri ilə tanış olub. Universitet rəhbərliyi ilə keçirilən rəsmi görüşdə isə Azərbaycan və Fransa arasında mədəni körpü rolunu oynayan UFAZ-da tədris fəaliyyəti, tələbə qəbulu, cari çağırışlara cavab verən ixtisasların yaradılması və mövcud ixtisasların təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və tədqiqat yönümlü fəaliyyətin dəstəklənməsi ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra hörmətli səfir akademik heyət və tələbələrlə bir araya gəlib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun salamlama nitqindən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov çıxış edib. Daha sonra nitq söyləyən xanım Sofi Laqut uğurlu mədəni əlaqələr, beynəlxalq əməkdaşlıq, akademik mükəmməllik və innovativ yanaşmanın əhəmiyyətindən bəhs edib.

Tədbirin xüsusi məqamlarından biri 2025-2026-cı tədris ilinin payız semestrində yüksək nəticələr göstərmiş bakalavr və magistr tələbələrinin sertifikatlarla təltif edilməsi mərasimi olub. Səfir Sofi Laqut sertifikatları tələbələrə şəxsən təqdim edərək onlara daha böyük nailiyyətlər arzu edib.

Daha sonra UFAZ Koordinatoru, professor Jan-Mark Planeksin moderatorluğu ilə interaktiv sessiya təşkil olunub. Akademik heyət, tələbə və məzunlar dikussiyada aktiv şəkildə iştirak edərək xanım səfirlə birbaşa ünsiyyət yaradıblar.

Sessiyanın ardınca universitetin Musiqi klubunun üzvləri Azərbaycan və Fransa musiqi və milli rəqslərini ifa edərək tədbirə rəng qatıblar.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

622900886_1553655436294989_2574939440003200389_n am2
622173611_1553655479628318_6835229644957827335_n am3
622226397_1553655489628317_5519453930051845994_n am4
624707129_1553655529628313_3180440425638857558_n am5
624591484_1553655579628308_3449236346255449173_n am6
622733862_1553655612961638_1079248357546895307_n am7
624299930_1553655622961637_9141377945586620764_n am8
624556459_1553655656294967_519752925169943357_n am9
624299930_1553655672961632_5630112040107153995_n am10
622385342_1553655932961606_7953714973839633445_n am20
624349082_1553655916294941_161488528388517119_n am19
623340938_1553655886294944_8583622195453486412_n am18
624475241_1553655872961612_5946368162017240824_n am17
623256854_1553655836294949_5858819334714212_n am16
622612176_1553655822961617_445099808485407473_n am15
622632199_1553655806294952_3813805283448816248_n am14
623417036_1553655786294954_5667601948525022416_n am13
622691261_1553655756294957_4588883690244610317_n am12
622638534_1553655729628293_5335484144877452755_n am11