1 ay, 2 həftə əvvəl

UFAZ-da yeni qəbul olunmuş magistr tələbələri üçün məlumat sessiyası keçirildi

aaaaa (2)

UFAZ-da yeni qəbul olunmuş magistr tələbələri üçün məlumat sessiyası keçirildi. Sessiya zamanı tələbələrə UFAZ-ın akademik qaydaları və fəaliyyət strukturu haqqında ətraflı məlumat verildi. Təqdimatdan sonra tələbələrə müəllim heyəti ilə birbaşa əlaqə qurmaq və suallarını aydınlaşdırmaq imkanı verən sual-cavab sessiyası təşkil olundu.

UFAZ üç magistr proqramını qürurla təqdim edir: Fiziki Kimya/Kimya Mühəndisliyi, Data Elmləri və Süni İntellekt və Yer elmləri. Qeyd edək ki, bu il UFAZ-da magistratura proqramları üzrə 59 tələbə uğurla qəbul olunmuşdur.

aa
aaaa
aaa (2)