2 gün, 14 saat əvvəl

UFAZ-da Növbəti Karyera Seminarı Baş Tutdu

WhatsApp Image 2025-05-07 at 09.37.21

Azərbaycan-Fransız Universitetində “Dəyərləndirmədən Daha Artığı: İşəgötürmənin Real Meyarları” adlı təlim keçirilib. Tədbirin spikeri - karyera məsləhətçisi Fəzilə Əsgərova işə qəbul prosesində namizədlərin necə dəyərləndirildiyi barəsində məlumatlar verdi.

İnsan resursları üzrə mütəxəssis namizədlərin hansı meyarlar əsasında dəyərləndirildiyi, onlardan tələb olunan başlıca bacarıqlardan bəhs etdi. Peşəkar uğurun əldə olunması məqsədilə bu bacarıqların inkişaf etdirilməsi, eyni zamanda iş mühitinə uyğunlaşmaq üçün metodlara baxış keçirildi. Peşəkar əlaqələrin qurulması zamanı texniki biliklərdən əlavə, özünü təqdim etmək bacarığının da əhəmiyyətinə toxunuldu.

Diqqət mərkəzində olan digər məsələ isə insan resursları sahəsinin incəliklərinin, peşə üzrə müasir biliklərin çatdırılmasından ibarət oldu. Buraya namizədlər arasında seçim etmək strategiyaları, prosesin qanunvericiliyə uyğunluğu, işəgötürmə zamanı yol verilən xətalar, müsahibələrin effektiv təşkili kimi başlıca mövzular daxil idi.

Sual-cavab sessiyası ilə davam edən seminar karyerasına yeni başlayan tələbələrin əsas qayğılarını aradan qaldırıb vakansiyalara müraciətdə diqqət yetirilməli məqamları ortaya çıxardı.

WhatsApp Image 2025-05-07 at 09.35.21
WhatsApp Image 2025-05-07 at 09.36.57