2 gün, 21 saat əvvəl
UFAZ-da Növbəti Açıq Qapı Günü Baş Tutdu

İyulun 4-də Azərbaycan-Fransız Universitetində bakalavr ixtisasları üzrə Açıq Qapı tədbiri keçirildi. Potensial tələbələrlə valideynlərin universitet rəhbərliyi və akademik heyətlə bir araya gəldiyi görüşdə UFAZ-ın tədris imkanları barəsində ətraflı məlumat verildi.
Tədbir UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başladı. Universitet haqqında təqdimat zamanı buradakı təhsilin üstünlükləri, ixtisaslar və qəbul qaydaları haqqında detallı məlumat çatdırıldı. Bununla yanaşı, UFAZ-ın daxili imtahanında iştirak üçün qeydiyyatdan keçmək prosesi ilə bağlı izahlı təqdimat keçirildi.
Daha sonra UFAZ-da təhsil alan Nurlana Hümbətova və 2025-ci ilin məzunlarından olan Mehdi Eyvazov buradakı təhsil təcrübələrini auditoriya ilə bölüşdülər.
Tədbirin növbəti hissəsi sual-cavab sessiyasına həsr olundu. Tədris Departamentinin müdiri Səmra Şiriyeva və Bakalavr ixtisasları üzrə koordinator Ruxsarə Yarmətova abituriyent və valideynlərdən gələn sualları cavablandırdılar.





















