3 həftə, 1 gün əvvəl
“Moodrik Talks”un Növbəti Sessiyası Baş Tutdu

Məhsulun təkmilləşdirilməsi və biznes strategiyası sahəsində təcrübəli mütəxəssis, CİB Ekosisteminin Baş Məhsul Direktoru (CPO) Rəşad Nəzərlinin iştirakı ilə “MVP-dən Daha Artığı: Məhsulu İstifadəyə Yararlı Edən Nədir?” mövzusunda sessiya keçirildi. Tədbir məhsulun uğura çatması qarşısında duran çətinlikləri, bunları aradan qadırmaq üzrə strategiyaları aydınlaşdırmaq üçün tələbələri bir araya gətirdi.
Rəşad Nəzərli çıxışında startap dünyasında tez-tez səslənən bir suala toxundu: “MVP çox vaxt niyə uğursuz olur və uğur qazananlar nə ilə fərqlənir?” Nəzərli məhsul liderliyi və startapın sürətləndirilməsi sahəsindəki uzunmüddətli təcrübəsindən çıxış edərək vurğuladı ki, bir çox MVP-lərin uğursuzluğunun əsas səbəbi vaxt azlığıdır. Onun sözlərinə görə, məhsullar istifadəçiləri öz dəyərinə tez inandıra bilmədikdə uğursuz olur.
Rəşad Nəzərli uğur qazanan istifadəçilərin “lazım” və “vacib” hesab etdiyi MVP-lərə maraq göstərdiklərini bildirdi. O bunun reallaşması üçün məhsulun daşımalı olduğu əsas keyfiyyətləri qeyd etdi.
Rəşad Nəzərli təqdimatının ikinci hissəsində uzunmüddətli uğura nail olan məhsulların yaradılması üzrə 7 əsas prinsiplə auditoriyanı tanış etdi. Nəzərli öz fikirlərini daha aydın təqdim etmək məqsədilə 5 uğurlu MVP nümunəsini paylaşdı. Çıxışda həmçinin istifadəçi mərkəzli düşüncənin vacibliyini vurğulayan əhəmiyyətli sənaye sitatları səsləndirildi.
Tədbirin növbəti hissəsində iştirakçıların sualları cavablandırıldı.




