1 il, 7 ay əvvəl

ADNSU və UFAZ kollektivi “Xəzəri qoruyaq” aksiyasına qoşulub

382224596_896085698718636_5340978263816801365_n

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Xəzər dənizinin Şıx çimərliyində sahil təmizlik aksiyası keçirilib.

“Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində təşkil edilən iməcilikdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və UFAZ rəhbərliyinin iştirakı ilə Xəzərin sahil zolağında 2 hektara yaxın ərazı bərk məişət və digər növ tullantılardan təmizlənib. Ekoloji aksiya zamanı ətraf mühitin qorunmasının, o cümlədən Xəzər dənizinin, təbiətin mühafizəsinin hər kəsin başlıca vəzifəsi olması iştirakçıların diqqətinə çatdırılıb, “Xəzəri qoruyaq, təbiəti qoruyaq” adlı şüar səsləndirilib.

Qeyd edək ki, hər il sentyabr ayında ölkəmizdə “Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi ekoloji tədbirlər, o cümlədən iməciliklər təşkil edilir. Məqsəd dənizin, o cümlədən ətraf mühitin ekoloji cəhətdən saflığının qorunması, onun sərvətlərinin mühafizə olunması və ictimaiyyətin bu barədə daim maarifləndirilməsidir.

381219644_896085595385313_5079855100423812799_n
381226730_896085642051975_7635558348620135681_n
382224899_896085675385305_1306650488761585175_n