1 il, 7 ay əvvəl

UFAZ-da növbəti Karyera sərgisi

A6971DB1-77EE-40BF-B966-F29049A8B9E9

Azərbaycan - Fransız Universitetində (UFAZ) müxtəlif şirkətlərin iştirakı ilə növbəti Karyera sərgisi təşkil edilib. Sərgi zamanı tələbələr “BP” şirkətinin “Yay təcrübə proqramı”, “Kapital Bank”ın aktiv vakansiyaları haqqında məlumat sessiyalarında, “TWI Caspian Sea” şirkəti tərəfindən “Texniki təlimlər və xidmətlər” mövzusunda, “HR İnstitutu” “Uğurlu iş müsahibələri üçün faydalı strategiyalar” mövzusunda təqdimatlarda seminarında iştirak ediblər. Ümumilikdə, sərgiyə 35 şirkət və 500-dən çox tələbə və məzun qatılıb. Qeyd edək ki, sərgi UFAZ və ADNSU tələbələri və məzunları üçün nəzərdə tutulmuşdu. İştirakçılar tanınmış şirkətlər və onların təklif etdiyi imkanlar barəsində məlumat əldə edərək, peşəkar karyeralarına uğurla başlamaq şansı qazanıblar.

67AD51EA-BCF1-41F0-AB03-035FC58A842D
BBAE5834-6942-4BA8-95C6-AC75BF0C1904
A6971DB1-77EE-40BF-B966-F29049A8B9E9
2085C8C9-1D39-4D15-81A8-6BC5248FD6FB
355E41A9-9B9E-48B6-A251-BC6C2DDCD549