12 saat əvvəl

“Azercell” əməkdaşları tərəfindən UFAZ tələbələri üçün karyera təlimi keçirilib

3P7A0264 azercell infosession 26 1

Sentyabrın 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə sonuncu kurs bakalavr tələbələri üçün “Azercell” şirkətinin əməkdaşlarının iştirakı ilə karyera təlimi keçirilib.

Təlimin məqsədi tələbələrin akademik biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə dəstək göstərmək olub. Sessiya çərçivəsində “Azercell”in insan resursları üzrə böyük mütəxəssisi Günel Məcidova və insan resursları üzrə kiçik mütəxəssisi Fadayə Yağnəliyeva tələbələrə şirkətin gənclər üçün təqdim etdiyi karyera imkanları haqqında məlumat veriblər. Təqdimat zamanı “Azercell”in “Bursary Programme”, “DataMinds Bootcamp”, “CyberCell Hackathon” kimi təşəbbüsləri, eləcə də təcrübə proqramları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, şirkətdə təcrübə imkanları ödənişli olmaqla yanaşı, həm natamam, həm də tam iş vaxtı ilə təklif olunur.

Təlimin digər hissəsində tələbələrə işə qəbul prosesində müsahibəyə hazırlıq, müsahibə zamanı və sonrasında diqqət yetirilməli məqamlar, eləcə də namizədlərin yol verdiyi əsas səhvlərlə bağlı praktik tövsiyələr verilib.

“Azercell”in mövcud vakansiyaları barədə məlumatın da verildiyi sessiyada tələbələr CV-lərini şirkət nümayəndələrinə təqdim edərək rəy almaq imkanı əldə ediblər. Tələbələrin sualları cavablandırılıb, bir sıra CV-lər üzərində birbaşa müzakirələr aparılıb.

Təlimin praktik hissəsində tələbələrin müsahibə bacarıqlarının inkişafına yönəlmiş interaktiv sessiya keçirilib. Üç nəfərlik qruplara bölünən iştirakçılar növbə ilə müsahibə götürən, müsahibə verən və müşahidəçi rollarını yerinə yetirərək real müsahibə situasiyasını simulyasiya ediblər. Bu format tələbələrə müsahibə prosesini praktik şəkildə təcrübədən keçirmək və öz bacarıqlarını sınamaq imkanı yaradıb.

Sonda tələbələrin təlimlə bağlı fikirlərini öyrənmək məqsədilə sorğu keçirilib və “Azercell” tərəfindən iştirakçılara kiçik hədiyyələr təqdim olunub.

3P7A0180 azercell infosession 26 2
3P7A0326 azercell infosession 26 3
3P7A0321 azercell infosession 26 4
3P7A0310 azercell infosession 26 5
3P7A0299 azercell infosession 26 6
3P7A0231 azercell infosession 26 8
3P7A0240 azercell infosession 26 7
3P7A0270 azercell infosession 26 9
3P7A0293 azercell infosession 26 10
3P7A0164 azercell infosession 26 11