1 il, 7 ay əvvəl
Karyera Mərkəzinin məlumat sessiyası

Sentyabrın 19-da UFAZ Karyera Mərkəzinin (CEF) koordinatoru Sevda İsmayılova müxtəlif ixtisaslar üzrə təhsil alan 3-cü kurs tələbələrinin ilə maraqlı görüş keçirib.
O, karyera yolunu planlaşdırarkən fəal olmağın vacibliyini vurğulayıb və tələbələri öz bacarıqları, maraqları və məqsədləri üzərində düşünməyə çağırıb. Görüşdə tələbələrlə iş axtarışı strategiyaları ilə bağlı müzakirələr olub və onlara effektiv rezyume hazırlamaq, iş bazarında naviqasiya ilə bağlı praktiki məsləhətlər verilib. Həm şəxsi, həm də onlayn şəkildə peşəkar münasibətlərin qurulmasının vacibliyini vurğulanlıb.
Bundan əlavə, Sevda İsmayılova tələbələri öz bacarıqlarını artırmaq və dəyərli təcrübə qazanmaq üçün təcrübə proqramları, könüllülük imkanları və digər təcrübə öyrənmə imkanlarını araşdırmağa çağırıb. O, həmçinin universitetin Karyera Mərkəzində mövcud olan müxtəlif resurslara, o cümlədən karyera məsləhətləri, əmək sərgisi və məzun şəbəkələri haqqında məlumat verdi ki, bunların hamısı tələbələrə karyera yolunda dəstək olmaq üçün nəzərdə tutulub.
Təqdimat interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.


