5 gün, 5 saat əvvəl

AIDT 2026 beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirilib

3P7A6488 konfrans sonnnn 1

Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” (AIDT 2026) beynəlxalq elmi konfransı iyunun 24-də bağlanış mərasimi ilə yekunlaşıb. Üç gün ərzində müxtəlif ölkələrdən alim, tədqiqatçı və sənaye nümayəndələrini bir araya gətirən konfrans süni intellekt və rəqəmsal keçid sahəsində elmi bilik mübadiləsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ həllərin təşviqi baxımından mühüm platforma rolunu oynayıb.

Konfrans çərçivəsində süni intellektin nəzəri əsasları, böyük dil modelləri, generativ süni intellekt, neyro-simvolik sistemlər, rəqəmsal əkizlər, sənaye tətbiqləri və insan-mərkəzli texnologiyalar kimi aktual mövzular üzrə aparıcı beynəlxalq ekspertlərin məruzələri dinlənildi, ümumilikdə onlarla elmi məqalə təqdim olunub. Tədbir müxtəlif elmi institutlar arasında əməkdaşlığın genişlənməsinə, gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına və elm-sənaye əlaqələrinin inkişafına töhfə verib.

Bağlanış mərasimində konfransın elmi koordinatoru, professor Sesiliya Zanni-Merk, UFAZ-ın baş katibi Martin Qodon və ADNSU-nun prorektoru Elviz İsmayılov çıxış edərək konfransın nəticələrini qiymətləndirib, beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb və iştirakçılara təşəkkürlərini bildiriblər.

Bağlanış mərasiminin əsas məqamlarından biri konfransın ən yaxşı elmi işlərinin mükafatlandırılması olub. Qalib müəlliflərə sertifikatlar və xüsusi mükafatlar təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən, Lea Şarbonye qızıl mükafata (Gold Award), Natan Oleyniçak və Sindi Delaj gümüş mükafata (Silver Award), Elşən Nağızadə isə bürünc mükafata (Bronze Award) layiq görülüb.

AIDT 2026 bir daha göstərdi ki, süni intellekt yalnız texnoloji yenilik deyil, həm də elm, təhsil və sənayenin gələcəyini formalaşdıran strateji istiqamətdir.

1 konfrans sonnnn
2 konfrans sonnnn
3 konfrans sonnnn
4 konfrans sonnnn
5 konfrans sonnnn
6 konfrans sonnnn
7 konfrans sonnnn
8 konfrans sonnnn
9 konfrans sonnnn
10 konfrans sonnnn
11 konfrans sonnnn
12 konfrans sonnnn
13 konfrans sonnnn
14 konfrans sonnnn
15 konfrans sonnnn
16 konfrans sonnnn
17 konfrans sonnnn
18 konfrans sonnnn
19 konfrans sonnnn