18 saat əvvəl

UFAZ-da “Eco Day” tədbiri keçirilib

eco day event on nov 5 2026 main

Noyabrın 6-da Azərbaycan-Fransız Universitetində (UFAZ) ətraf mühitin qorunması, dayanıqlı inkişaf və tullantıların düzgün idarə olunması mövzularına həsr olunmuş “Eco Day” tədbiri keçirilib.

Tədbir çərçivəsində iştirakçılar dayanıqlı inkişaf və tullantıların idarə olunması ilə bağlı maarifləndirici təqdimatı dinləyib, ekoloji mövzulu foto guşəsində şəkillər çəkdirib və tullantı materiallarından hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış olublar.

“Eco Day”in maraqlı hissələrindən biri də tələbələrin tullantı və təkrar emal materiallarından hazırladıqları yaradıcı əl işlərinin nümayişi olub. Təşəbbüs gündəlik istifadə olunan materiallara yeni həyat verməyin və onların faydalı, eləcə də estetik əşyalara çevrilməsinin mümkünlüyünü nümayiş etdirib. Ən yaradıcı əl işinin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Tədbir çərçivəsində, həmçinin ekoloji bilikləri yoxlamaq məqsədilə viktorina təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib. Gün iştirakçılar üçün təşkil olunan şəbəkələşmə sessiyası ilə yekunlaşıb.

eco day event on nov 5 2026 1
eco day event on nov 5 2026 2
eco day event on nov 5 2026 5
eco day event on nov 5 2026 6
eco day event on nov 5 2026 7
eco day event on nov 5 2026 8
eco day event on nov 5 2026 9
eco day event on nov 5 2026 10
eco day event on nov 5 2026 11
eco day event on nov 5 2026 12
eco day event on nov 5 2026 13
eco day event on nov 5 2026 14
eco day event on nov 5 2026 15
eco day event on nov 5 2026 16
eco day event on nov 5 2026 17
eco day event on nov 5 2026 18
eco day event on nov 5 2026 19
eco day event on nov 5 2026 20
eco day event on nov 5 2026 21