1 ay əvvəl

UFAZ-ın Dəstəyi ilə “Gələcəyin Mühəndisləri” Olimpiadası Baş Tutdu

muhendis olim 1y

UFAZ-da Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin Mühəndisləri” Olimpiadası keçirildi. Müxtəlif universitetlərdən olan tələbələrin fizika, kimya, məntiq, ekologiya və neft-qaz sənayesi üzrə biliklərini sınağa çəkən müsabiqə 1-ci, 2-ci və 3-cü kurs bakalavr tələbələrini qəbul etdi.

Hər biri 4 nəfərdən ibarət olmaqla 41 komandanın yarışdığı olimpiadanın qalibləri mübarizənin sonunda müəyyən olundu.

1-ci yeri Bakı Ali Neft Məktəbini təmsil edən "BOND Breakers", 2-ci yeri isə Azərbaycan-Fransız Universitetinin "Multiscientist" komandası tutdu. Bakı Dövlət Universitetinin "Singularity" komandası 3-cü, Bakı Mühəndislik Universitetinin "Synergy" komandası isə 4-cü yerdə qərarlaşdı.

Tədbir UFAZ-ın 1-ci kurs tələbələri - Ayxan Əliyev, Məlahət Hacızadə, Məhəmməd Cavadzadə və Qəşəm Hüseynlidən ibarət "Multiscientist" komandası üçün də maraqlı təcrübə oldu. Yarışda göstərdikləri əzmkarlığa görə bütün tələbələri təbrik edir, onlara təhsil həyatlarında uğurlar arzulayırıq!

Sonda qaliblərə kubok və sertifikatlar təqdim olundu.

muhendis olim 2
muhendis olim 3y