1 həftə, 1 gün əvvəl

UFAZ Beynəlxalq Konfransı 2025 Uğurla Başa Çatdı!

konrans ending 1

ADNSU və UFAZ-ın təşkilatçılığı, "SOCAR Polymer"in sponsorluğu ilə 3-5 iyun tarixlərində keçirilən, kimya, proses və material elmlərinə həsr olunmuş UFAZ Beynəlxalq Konfransı 2025 uğurla başa çatdı. Üç günlük marafon Sinqapur, Hindistan, İtaliya, Almaniya, Fransa, Yaponiya və Azərbaycandan olan tanınmış elm adamlarını, tədqiqatçıları, eyni zamanda təhsil işçiləri və tələbələri bir araya gətirdi.

Tədbirin ilk günündə 3 əsas natiqin və 10 spikerin elmi tədqiqat nəticələri ilə bağlı təqdimatı baş tutdu. Böyük diqqət toplayan çıxışların hər biri sual-cavab sessiyası ilə müşayiət olundu. Hörmətli qonaqlar üçün UFAZ-ın Musiqi Klubu tərəfindən konsert proqramı təqdim olundu.

Konfransın ikinci günündə 4 əsas natiq və 10 spiker akademik sahə ilə sənaye arasında körpü rolunu oynayan kimya elminə dair çıxışlar etdilər. Professor və dəvət olunmuş qonaqların çıxışlarının ardınca gənc tədqiqatçıların öz layihələrini təqdim etdiyi poster sessiyası keçirildi.

Tədbirin sonuncu günündə daha 4 əsas natiq və 6 spiker qlobal məsələlər ətrafında təqdimat edib auditoriyadan gələn sualları cavablandırdılar. Konfransın əsas hissəsi ilə paralel olaraq SOCAR Polymer, Holcim, bp kimi sənaye rəsmiləri və əsas spikerlərin iştirakı ilə panel diskussiyası keçirildi.

İyunun 5-də bütün çıxışlar tamamlandıqdan sonra konfransın bağlanış mərasimi baş tutdu. Strasburq Universitetinin professoru Kristof Serra tədbirin uğurla həyata keçirildiyini vurğulayaraq qonaqlara, iştirakçılara və təşkilatçılara təşəkkür etdi. Daha sonra elmi təqdimatı ilə fərqlənən spikerlər və poster təqdimatçılarına sertifikatlar təqdim olundu. Konfrans müddətində aktiv şəkildə çalışan könüllülərə də sertifikatlar verildi.

Bağlanış mərasiminin sonunda kollektiv şəkil çəkdirildi.

konrans ending2
konrans ending3
konrans ending4
konrans ending5
konrans ending6
konrans ending7
konrans ending8
konrans ending9
konrans ending10
konrans ending11
konrans ending12
konrans ending13
konrans ending14
konrans ending15
konrans ending16
konrans ending17