3 gün, 19 saat əvvəl

Kimya Elmlərinə Həsr Olunmuş UFAZ Beynəlxalq Konfransı Keçirilir

ufaz-conference 1

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə UFAZ Beynəlxalq Konfransı 2025 öz işinə başladı. Kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük tədbir beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirdi.

Konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başladı. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov qonaqları salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, tələbə-məzun nailiyyətləri, beynəlxalq və yerli tədbirlərdə uğurları, sənaye sahələrinə töhfələri, eyni zamanda tədqiqat potensialı ilə bağlı təqdimat həyata keçirdi.

Daha sonra söz konfransın əsas tərəfdaşlarından olan “SOCAR Polymer”in Baş direktoru Fuad Əhmədova verildi. O, həm sahə peşəkarlarının, həm də gənc tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirdi. “SOCAR Polymer”in fəaliyyəti, istehsal gücü, ixraca töhfəsi, eyni zamanda peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs etdi.

UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı salamlama nitqi ilə çıxış etdikdən sonra konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara ümumi məlumat verdi. Mövzusu üzrə təqdimat həyata keçirməsi məqsədilə ilk əsas spikeri – Mixael Köhleri səhnəyə dəvət etdi. İyerarxik quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu ilə bağlı mühazirədən sonra mövzu ilə əlaqəli sual-cavab hissəsi baş tutdu.

Tədbirin ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc Cavadova (Kataliz və Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd (Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç İnstitutu) çıxışları ilə davam etdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimat keçirdi. Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları baş tutdu.

UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən sonuncu, yəni üçüncü sessiya əsas spiker Stefano Bellucinin ətraf mühitin bərpasında qabaqcıl karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxışı ilə başladı. Ardınca Minirə Ağahüseynova (ADNSU), Püstəxanım Ağayeva (Neft-Kimya Prosesləri İnstitutu) və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimat həyata keçirdi.

ufaz-conference2
ufaz-conference3
ufaz-conference4
ufaz-conference5
ufaz-conference7
ufaz-conference8
ufaz-conference9
ufaz-conference10
ufaz-conference11
ufaz-conference12
ufaz-conference13
ufaz-conference14
ufaz-conference15
ufaz-conference16
ufaz-conference17
ufaz-conference18
ufaz-conference19
ufaz-conference20
ufaz-conference21
konf cici
ufaz-conference22
ufaz-conference23
ufaz-conference24
ufaz-conference25
ufaz-conference26
ufaz-conference27