1 il, 6 ay əvvəl
Məzunumuzun məqaləsi Amerikada dərc olunub

Masaçussets Texnologiya İnstitutunda təhsil alan UFAZ məzunu Ləman Cəlilin həmmüəlifi olduğu "Lunar Forge: Producing Metal Products on the Moon" adlı məqaləsi NASA 2023 BIG Idea Challenge çərçivəsində Amerika Aeronavtika və Astronavtika İnstitutunda dərc olunub.
Məqalənin linki: https://arc.aiaa.org/doi/10.2514/6.2023-4794
Məqalədə onlar faydalı əlavə məhsul kimi oksigenlə Ayda onun reqolitindən müxtəlif polad ərintiləri və digər metal məmulatların istehsalını müzakirə edirlər. Onlar həmçinin təklif olunan texnologiyanın NASA-nın - Milli Aeronavtika və Kosmos Administrasiyasının və onun beynəlxalq və kommersiya tərəfdaşlarının Ay iqtisadiyyatı genişləndikcə Ayın kəşfiyyatı məqsədlərinə faydasını göstərirlər.
Laman hazırda Massaçusets Texnologiya İnstitutunda (MIT) Kimya Mühəndisliyi üzrə magistr tələbəsidir. Onun MIT-dən olan komandası NASA BIG Idea Challenge 2023-ün 7 finalçısından biridir. Yekun təqdimat və poster müsabiqəsi bu ilin noyabr ayında keçiriləcək.