1 il, 5 ay əvvəl

UFAZ-da 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş canlı musiqi konserti keçirilib

Azərbaycan-Fransız Universitetində 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi bu kateqoriyalardan olan şəxslərin cəmiyyətə sosial inteqrasiyasının və onların potensiallarının üzə çıxarılması istiqamətində görülən işlərin önəmini vurğulamaq, inklüzivliyi təmin etməkdir. Tədbiri giriş sözü ilə açan UFAZ-ın İcraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibova bildirib ki, bütün kateqoriyadan olan gəncləri ali təhsilə cəlb etmək, eləcə də Autizm spektrlı şəxsləri universitetin sinif otaqlarında, tələbə qismində görmək, UFAZ-ın bir ali təhsil müəssisəsi kimi qarşıya qoyduğu hədəflərdən biridir. Tədbirdə UFAZ-ın musiqi klubunun tələbələri, həmçinin “Birgə və Sağlam” İctimai birliyinin nəzdində fəaliyyət göstərən Autizm mərkəzinin və “Mavi ürəklər” xor və ritm qrupunun üzvləri bir-birindən maraqlı, rəngarəng ifalarla çıxış ediblər.

WhatsApp Image 2023-12-08 at 15.19.40
WhatsApp Image 2023-12-08 at 15.19.40 (1)
WhatsApp Image 2023-12-08 at 15.19.40 (3)
WhatsApp Image 2023-12-08 at 15.19.40 (5)
WhatsApp Image 2023-12-08 at 15.19.40 (4)