tələbə
1 il, 8 ay əvvəl
Yeni magistr tələbələri ilə görüş

Sentyabrın 12-də UFAZ-a bu il magistratura pilləsinə qəbul olmuş tələbələrlə görüş baş tutub. UFAZ-ın Baş katibi Elizaveta Bydanova və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova tələbələri salamlayaraq onları təbrik edib və təhsillərində uğurlar arzulayıb.
Daha sonra universitetin tədris departamentinin müdir müavini Səmra Şiriyeva tələblərə tədris prosesi, təcrübə proqramları, universitetin daxili qaydaları və dəvət olunmuş müəllim və professorlarla iş prosesi barədə ətraflı məlumat verilib.
UFAZ-ın karyera mərkəzinin fəaliyyəti barədə mərkəzin koordinatoru Sevda İsmayılzadə yeni magistrantları məlumatlandırıb.
Qeyd edək ki, yeni tədris ilində UFAZ-da 59 tələbə magistraturanın 1-ci kursunda təhsil alacaq.