tələbə

1 il, 6 ay əvvəl

MDB üçün 100 ideya

Abid və Orxan

Oktyabrın 20-də Azərbaycan-Fransız Universitetinin tələbələri Abid Qurbanov və Orxan Abdullayev Minskdə (Belarus) "MDB üçün 100 ideya" müsabiqəsinin finalında iştirak ediblər. MDB ölkələrindən 100 komandanın iştirak etdiyi müsabiqədə, tələbələrimiz "təhlükəsizlik" kateqoriyası üzrə təqdim etdikləri Süni İntellekt əsaslı dronla piyadalar əleyhinə minaların aşkarlanması layihəsi ilə müsabiqənin fəxri mükafatına layiq görülüblər.

Onları təbrik edir və uğurlar arzulayırıq.