6 gün, 15 saat əvvəl
“Worley” ilə Əməkdaşlıq Perspektivlərinin Müzakirəsi üzrə Görüş Keçirildi

Görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və gələcəkdə daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Worley” nümayəndələri, şirkətin inkişafına töhfə verə biləcək istedadlı tələbələrin müəyyən edilməsi və cəlb olunmasına, eləcə də yay məktəbləri və məzun proqramlarını əhatə edə biləcək təcrübə imkanlarının yaradılmasına maraq göstəriblər.
Görüş zamanı UFAZ Karyera və İnnovasiya Mərkəzlərinin fəaliyyəti təqdim olunub. Mərkəzlərin işəgötürənlərlə əlaqələrin qurulması, təcrübə proqramlarının təşkili, karyera inkişafı tədbirləri, innovasiya və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində gördüyü işlər vurğulanıb.
Tərəflər gələcək əməkdaşlıq üçün UFAZ-ın illik Karyera Sərgisində iştirak, İnkişaf Şuralarında yer almaq, tələbələr üçün yumşaq bacarıqlar üzrə təlimlər keçirmək, “Worley” müəssisələrinə və tərəfdaş şirkətlərə ekskursiyalar təşkil etmək, həmçinin mühəndislik, dayanıqlılıq və innovasiya mövzularında birgə hakatonlar keçirmək imkanlarını da nəzərdən keçiriblər.
Görüş hər iki tərəf üçün əməkdaşlığı gücləndirəcək mühüm addım kimi dəyərləndirilib.



