student

1 il, 8 ay əvvəl

Məzunumuz DP təqaüdü qazanıb

Sakina Mammadova

UFAZ-ın magistratura məzunu Səkinə Məmmədova "2019-2023 Dövlət Proqramı" təqaüdçüsü adını qazanaraq Strasburq Universtitetinin Charles Sadron İnstitutunda Kimya üzrə doktorantura təhsilinə başlayır.

Səkinə 2022-ci ildə UFAZ-ın Fiziki Kimya və Kimya mühəndisliyi üzrə magistr məzunudur. Təshilini başa vurduqdan sonra o UFAZ-da Kimya üzrə Laborant kimi çalışıb. Onun doktorant kimi tədqiqat mövzusu « Diqanostik tətbiqlər üçün xərçəng hədəfləyən nano-hissəciklərin hidrofilik modifikasiyası » adlanır və xərçəng xəstəliyi ilə mübarizə sahəsinə aiddir.

Səkinə Strasburq Universitetinin professoru Doktor Delfine Chang-Seng və UFAZ-ın tədqiqat üzrə eksperti və kimya proqramları üzrə koordinatoru, Strasburq Universitetinin professoru Christophe Serranın elmi rəhbərliyi altında çalışacaq.

Məzunumuzu təbrik edir və ona doktorantura təhsilində uğurlar arzulayırıq.