10 ay, 1 həftə əvvəl
UFAZ su ehtiyatları ilə bağlı panel müzakirəsi təşkil edib.

UFAZ su ehtiyatları ilə bağlı qlobal çətinlikləri müzakirə etmək məqsədilə mütəxəssisləri bir araya gətirən panel müzakirəsi təşkil edib. Tədbirdə həmçinin UFAZ-ın yeni təsis edilmiş “Su ehtiyatlarının idarəedilməsi“ adlı magistratura proqramı təqdim olunub. Əvvəlcə UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova iştirakçıları salamlayıb. Ardınca UFAZ-ın Baş katibi Yelizaveta Bidanova UFAZ tərəfindən təklif edilən magistr proqramları haqqında qısa məlumat verib.
UFAZ-ın proqram meneceri Klara Codri, SOCAR şirkətinin Ətraf mühitin idarə edilməsi şöbəsinin müdiri Mədinə Hacıyeva, Coğrafiya İnstitutunun aparıcı tədqiqatçısı Natavan Cəfərova, “Sustainera Solutions” şirkətinin biznesin inkişafı üzrə mütəxəssis Nərminə Əliyeva, Bakı Dövlət Universitetinin müəllimi Anar Nuriyev spikerlər arasında çıxış edib. Ardınca iştirakçıların sualları cavablandırılıb. Müzakirə, tələbələri və ictimaiyyəti su ehtiyatları ilə bağlı qlobal çağırışları həll etməyə qadir olan, bu sahədə əvəzolunmaz mütəxəssislər kimi fayda verməyə təşviq edən bir çağırışla sona çatıb.

