startap

1 il, 9 ay əvvəl

UFAZ tələbələrinin Nexus komandası Tuluza şəhərinə yola düşür.

The Nexus team of UFAZ students is leaving for Toulouse, France

UFAZ tələbələrinin Nexus komandası bu həftə Fransanın Tuluza şəhərinə yola düşür. Komanda 2023-cü ilin fevral ayında 35 ölkənin qatıldığı beynəlxalq kosmik hakatonun qalibi kimi yarışmanın əsas mükafatına “0 Qravitasiya” uçuşuna layiq görülüb.

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyevin üzvü olduğu komanda “Təyyarə emissiyalarının azaldılması” layihəsi ilə yarışmanın həm ölkə, həm də beynəlxalq qalibi olmuşdu.

Tələbələrimiz Tuluza şəhərində aerokosmik mərkəzdə cazibə qüvvəsi olmayan uçuş aparatında sınaq uçuşu edəcək və bəzi şirkətlərin təmsilçiləri ilə görüşəcəklər.

Xatırladaq ki, tələbələr cari ildə Nexus adlı startapı yaradıblar və hazırda öz layihələrini həyata keçirmək istiqamətində çalışırlar.

UFAZ tələbələrinin nailliyəti ilə qürur duyur və onlara daim dəstək olmağa davam edəcək!