1 gün, 16 saat əvvəl

Parisdə UFAZ-ın fəaliyyət perspektivlərinə dair fikir mübadiləsi aparılıb

parisdə görüş ree

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov Parisdə Fransanın ali təhsil və diplomatik dairələrinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə Fransanın Ali Təhsil, Tədqiqat və Kosmik Fəaliyyətlər Nazirliyinin Avropa və beynəlxalq əlaqələr üzrə direktoru Donato Corci, həmin nazirliyin Avropa ölkələri ilə ikitərəfli münasibətlər üzrə məsul şəxsi Marion Lindenlob, eləcə də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin siyasət üzrə müşaviri Elenor Qarnye iştirak ediblər.

Tərəflər UFAZ-ın hazırkı fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-akademik proqramlar, tələbə və müəllim mübadiləsi imkanları və universitetin inkişaf perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycan-Fransa akademik və elmi əməkdaşlığının yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirərək UFAZ-ın beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi üçün yeni imkanlar açıb.

İştirakçılar görüşü UFAZ-ın inkişaf strategiyasında mühüm mərhələ kimi dəyərləndirərək gələcəkdə daha genişmiqyaslı birgə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.

parisdə görüş 2 ree
599945292_1514701846857015_2638935313158121043_n re
599937588_1514701803523686_1209477240373218179_n re
599743016_1514701820190351_6660423888505527947_n re
598777972_1514701816857018_7008564795918753492_n re
598774692_1514701796857020_974550924515061729_n re