1 həftə, 3 gün əvvəl

UFAZ-da Azərbaycanın su ehtiyatlarının idarə olunmasına dair panel müzakirəsi keçirilib

623360836_1554560609537805_5696147953533188670_n pan1

Yanvarın 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azərbaycanda su ehtiyatlarının idarə olunmasında strateji yanaşmalar” adlı yüksək səviyyəli panel müzakirəsi keçirilib. Tədbir ölkənin su ehtiyatları sahəsində dayanıqlı həllərin müzakirəsi üçün aparıcı akademik, mütəxəssis və dövlət rəsmilərini bir araya gətirib.

Tədbir UFAZ-ın baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Daha sonra UFAZ-ın “Su ehtiyatlarının idarəedilməsi” magistr proqramının rəhbəri, Dr. Damien Lemarşan və Azərbaycan Respublikası Milli Məclisinin üzvü xanım Nigar Arpadarai çıxış ediblər.

Açılış hissəsinin ardınca Dr. Damien Lemarşanın moderatorluğu ilə panel müzakirəsinə start verilib. Paneldə Azərbaycan Respublikası Milli Məclisinin üzvü xanım Nigar Arpadarai, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizov, UFAZ Koordinatoru professor Jan- Mark Planeks və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun sədr müavini Rəşail İsmayılov iştirak ediblər. Çıxışçılar iqlim dəyişikliyinin təsirləri, suyun idarə edilməsində dayanıqlı yanaşmalar, strateji planlaşdırma, rəqəmsal həllər, regional əməkdaşlıq və ictimai maarifləndirmə mövzularında fikirlərini bölüşüblər.

Panel müzakirəsi və interaktiv sual-cavab sessiyasında akademik heyət, tələbələr və digər iştirakçılar çıxışçılarla birbaşa ünsiyyət quraraq Azərbaycanda su ehtiyatlarının idarə olunmasının strateji prioritetlərini müzakirə ediblər.

Müzakirə zamanı UFAZ-ın ətraf mühitin qorunması və su ehtiyatlarının idarə olunması təşəbbüslərinə sadiqliyi vurğulayıb. Qeyd olunub ki, universitetin “Yer elmləri və ətraf mühit üzrə tədqiqat qrupu”nun fəaliyyəti, həmçinin “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistr ixtisası su qıtlığı, yeraltı su ehtiyatları, iqlim dəyişikliyinin təsirləri və dayanıqlı inkişaf kimi kritik məsələlərin tədqiqi və həllinə yönəlib. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq proqramı, tələbələr üçün ayrılan təqaüdlər və həm tədris, həm də öyrənmə prosesində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə ötürülən əsas mesajlar, eyni zamanda qəbul olunmuş Dövlət Proqramının əsas çağırışları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir Dr. Damien Lemarşanın müzakirənin yekunlarına dair bağlanış nitqi ilə başa çatıb.

624945050_1554560729537793_3736283918269116309_n pan2
624995225_1554560759537790_2347665351162754659_n pan3
623465929_1554560832871116_2648829892280513994_n pan4
622368730_1554560916204441_4364929887330367293_n pan5
622247467_1554560952871104_8059621485008685467_n pan6
623395248_1554561066204426_2148917790848111358_n pan7
623006685_1554561112871088_1520258579051329638_n pan8
623391044_1554561182871081_237605278683003789_n pan9
622189328_1554561226204410_1688611563856901299_n pan10
622290020_1554561262871073_906161939787878108_n pan11
624941018_1554561319537734_2759334718912384238_n pan12
623698038_1554561379537728_7796344663989793094_n pan13
622196450_1554561432871056_5854436489642217200_n pan14
623576447_1554561536204379_1943641180274458679_n pan14
622298801_1554561596204373_1625244471636556718_n pan15