3 həftə, 6 gün əvvəl

UFAZ tələbələrinin ADNSU Mineralogiya Muzeyinə praktik səfəri baş tutub

640008797_1573992964261236_7851326627233361724_n min10

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geologiya və geofizika mühəndisliyi” həmçinin “Neft və qaz mühəndisliyi” ixtisasları üzrə təhsil alan ikinci kurs (L1) tələbələri üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mineralogiya Muzeyinə praktik səfər təşkil olunub. UFAZ-ın “Geofizika mühəndisliyi” proqramı üzrə koordinatoru Arzu Əliyevanın rəhbərliyi ilə keçirilən bu sessiya tələbələrin peşəkar hazırlığında mühüm mərhələlərdən birini təşkil edir.

Bu ixtisaslar üzrə təhsil alanların mineralların, xüsusilə də əsas süxurəmələgətirən mineralların təsnifatını, fiziki xüsusiyyətlərini və kristal morfologiyasını öyrənmələri vacib hesab edilir. Çünki bu biliklər petrologiya, sedimentologiya və geoloji çöl təcrübəsi kimi növbəti dərslər üçün zəruri bünövrənin qoyulmasını təmin edir.

ADNSU-nun Mineralogiya Muzeyi zəngin kolleksiyası və unikal eksponatları ilə bu məqsədlər üçün mükəmməl öyrənmə mühiti təklif edir. Açıq sərgi məkanında tələbələr bütün əsas mineral sinifləri, o cümlədən nadir rast gəlinən, mükəmməl inkişaf etmiş kristal formalarına və fərqli fiziki xüsusiyyətlərə malik nümunələrlə yaxından tanış olublar.

Bu praktik ziyarət tələbələrə mühazirə otaqlarında əldə etdikləri nəzəri bilikləri real nümunələr üzərində vizuallaşdırmaq və möhkəmləndirmək üçün geniş imkanlar yaradıb. Belə təcrübəyönümlü dərslər tələbələrin həm akademik səviyyəsinin yüksəldilməsinə, həm də gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına xidmət edir.

628785100_1573992517594614_4683344008131573006_n min1
637185575_1573992544261278_3126048274413124562_n min2
636847201_1573992580927941_6251005383017820787_n min3
639240838_1573992617594604_1349643730139752973_n min4
640129430_1573992657594600_1509161817443791331_n min5
638419596_1573992704261262_5464169732276859450_n min6
628829728_1573992757594590_7229498730245057764_n min7
637723403_1573992807594585_3023719997222933940_n min8
637747642_1573992870927912_2668568439004622814_n min9