1 il, 6 ay əvvəl
McKinsey-də karyera imkanları ilə bağlı infosessiya

Oktyabrın 13-də McKinsey şirkətinin nümayəndələri UFAZ-da təqdimatla çıxış ediblər. Təqdimatda şirkətin Partnyoru Yuliana Loqinova, İşəgötümə üzrə mütəxəssislər Işıl Kesemen və Anastasia Xoxlova, Biznes təhlilçilər Mirələm Əkbərli və Ayxan Hüseynli, İnsan resursları üzrə menecer Həmid Salamlı və kiçik əməkdaş Nigar Mirzəzadə tələbələrə öz McKinsey təcrübələri barədə danışıblar.
McKinsey haqqında ümumi məlumat verdikdən sonra, qonaqlar konsaltinq şirkətində karyera imkanları, işə qəbul prosedurları barədə ətraflı məlumat veriblər.
Sonda tələbələrin sualları qonaqlar tərəfindən cavablandırıb.
McKinsey dünyanın ən böyük konsaltinq şirkətlərindən biri olaraq 60 ölkədə təmsil olunur. 2012-ci ildən şirkət Azərbaycanda fəaliyyətə başlayıb və 2015-ci ildən Bakıda ofisi var.