1 il, 6 ay əvvəl

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu başlayır!

MASTER ADMISSION 20242025 (1)

Azərbaycan-Fransız Universiteti 2024-2025-ci tədris ili üçün magistratura pilləsinə sənəd qəbulunun 1-ci dövrəsinə başlayır!

UFAZ Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə tam dövlət sifarişli təhsil təklif edir :

  • Verilənlər Elmi və Süni İntellekt
  • Fiziki Kimya/Kimya Mühəndisliyi
  • Yer Elmləri

UFAZ məzunları ADNSU və Strasburq universitetinin diplomlarını əldə edir. Bütün magistratura tələbələri istehsalat təcrübələrini Fransanın müxtəlif elmi laboratoriyalarında keçmək imkanına malikdirlər.

Qeydiyyat üçün https://admission.ufaz.az portalına daxil ola bilərsiniz.

Onlayn qeydiyyat 30 yanvar 2024-cü il tarixinədək davam edəcək. 1-ci dövrənin nəticələri 15 fevral 2024-cü il tarixində elan olunacaq.