1 gün, 22 saat əvvəl

UFAZ-da koqnitiv süni intellektlə bağlı elmi seminar keçirilib

690665371_1638709444456254_838733331488557590_n rabih 2

Aprelin 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) süni intellekt üzrə tədqiqatçı və strateq Dr. Rabih Amhazın təqdimatında “Diqqətin hüdudlarından kənarda: Şüurun mürəkkəb sistem kimi modelləşdirilməsi” adlı elmi seminar keçirilib.

Strasburq Universitetinin (Unistra) dosenti və “Icam Strasbourg-Europe”da tətbiqi süni intellekt tədqiqatlarının rəhbəri olan Dr. Amhaz seminar zamanı süni intellektin inkişafında yeni paradiqmadan bəhs edib. O, insan idrakının multimodal dərin öyrənmə vasitəsilə mürəkkəb və dinamik bir sistem kimi modelləşdirilməsi mövzusuna toxunub. Dr. Amhaz bildirib ki, süni intellektin insan idrakını tam ifadə edə bilməsi üçün sadəcə verilənlər kifayət deyil. Burada qavrayış, davranış və mühitdən gələn siqnalların inteqrasiyası əsas rol oynayır.

Dr. Amhaz təqdimatında süni intellekt və neyroelmlər arasında körpü yaradaraq adaptiv sistemlər, koqnitiv-məlumatlı interfeyslər və insan mərkəzli intellektual maşınların perspektivlərini bölüşüb. O, həmçinin kompüter görməsi, sensor məlumatları və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan davranışını təhlil edən və qərar qəbulu prosesini asanlaşdıran sistemlər üzrə tədqiqatlarından bəhs edib.

Seminarın sonunda süni intellektin sənayedə rəqəmsal transformasiya, “ağıllı” infrastrukturun monitorinqi və innovasiya yönümlü təlim proqramlarında tətbiqi ətrafında interaktiv müzakirələr aparılıb.

690653797_1638709431122922_4742815149170476511_n rabih 1
686204354_1638709481122917_2594280864884138417_n rabih 3
690640345_1638709534456245_1991371885889116148_n rabih 4
690671055_1638709527789579_3025725946210978175_n rabih 5
690641840_1638709571122908_2019775573649483859_n rabih 6
690641840_1638709617789570_1011324784613856741_n rabih 8
686318881_1638709594456239_2195891353635540541_n rabih 7
690646112_1638709661122899_5436134758396331250_n rabih 9
690649476_1638709681122897_3170120994824085616_n rabih 10