Məlumat sessiyası

1 il, 6 ay əvvəl

Kosmik Nəsil Məşvərət Şurası UFAZ-da

386244499_901768564817016_7711046220494603660_n

2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi (#IAC2023 Baku) və hər il oktyabrın 4-dən 10-a kimi keçirilən Ümumdünya Kosmos Həftəsi çərçivəsində planlaşdırılan silsilə tədbirlərə UFAZ-da qatılıb.

Oktyabrın 3-də Kosmik Nəsil Məşvərət Şurası (Space Generation Advisory Council - #SGAC) UFAZ-ın qonağı olub və UFAZ tələbələri üçün təqdimatla çıxış edib.

SGAC Əməliyyatlar mütəxəssisi Tatiana Komorna, Tədbirlər üzrə meneceri Marcos Eduardo Rojas Ramirez, Asiya-Sakit Okean Regionunun koordinatoru Antonio Stark və DGE-PG Alexandra Jercaianu UFAZ tələbələrini kosmik sahədə düzgün təhsilə və karyera seçiminə həvəsləndirərək onları kosmik sahənin imkanları, o cümlədən təqaüd imkanları haqqında məlumatlandırıb.

Tədbir UFAZ tələbələrinə kosmik sənayenin mütəxəssisləri ilə əlaqə yaratmaq üçün unikal imkan yaradıb.

Təqdimatdan sonra tələbələr #SGAC ekspertləri ilə sual-cavab sessiyasında iştirak edib.