elm

1 il, 6 ay əvvəl

Springer konfransla bağlı kitab dərc edib

978-3-031-44355-8

25-27 aprel 2023-cü il tarixlərində Azərbaycan-Fransız Universiteti, ADNSU və Strasburq Universitetinin Bakıda birgə təşkil etdiyi Mürəkkəb Hesablama Ekosistemləri adlı birinci beynəlxalq konfransın materialları tanınmış Springer məcmuəsi tərəfindən kitab şəklində dərc olunub.

Kitabda konfrans zamanı təqdim edilmiş 16 məqalə və 4 əsas məruzəçinin abstraktları öz əksini tapıb. Ümumilikdə konfrans zamanı 46 məqalə təqdim edilmişdi.

Daha ətraflı : https://link.springer.com/book/10.1007/978-3-031-44355-8
Konfransın veb saytı: https://cce-2023.ufaz.az/