5 gün, 8 saat əvvəl

UFAZ əməkdaşları üçün Qarabağa kollektiv səfər təşkil olunub

WhatsApp Image 2026-06-24 at 14.28.13 garabakh 15

İyunun 20-21-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbərliyi, müəllim heyəti və digər əməkdaşları üçün Qarabağ bölgəsinə komanda quruculuğu səfəri təşkil olunub.

Səfərin əsas məqsədi universitet kollektivinin birliyinin daha da möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin işgüzar mühitdən kənarda komanda ruhunun gücləndirilməsi olub.

İki gün davam edən proqram çərçivəsində iştirakçılar Laçın, Xankəndi və Şuşa şəhərlərini ziyarət ediblər. Səfər zamanı kollektiv Qarabağın tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaq imkanı əldə edib.

Proqram çərçivəsində iştirakçılar Laçın şəhərində yerləşən Bayraq Meydanı, “Gilabi Ceramics”, Xankəndidə Qarabağ Universiteti, Şuşa şəhərində isə Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzü, İsa bulağı, Yuxarı Gövhər Ağa məscidi və digər tarixi-mədəni məkanları ziyarət ediblər.

UFAZ-da mütəmadi olaraq təşkil olunan komanda quruculuğu tədbirləri universitet kollektivinin həm peşəkar, həm də sosial əlaqələrinin gücləndirilməsinə və əməkdaşlıq ruhunun inkişafına töhfə verir.

728606788_18447186649142597_9116854238833962173_n qarabagh 1
728492633_18447186574142597_2954556171532770516_n qarabagh  2
729849091_18447186682142597_7365929571797767228_n qarabagh 3
727304307_18447186694142597_780924706297126557_n qarabagh 4
727979636_18447186625142597_1382105804562808221_n qarabagh 5
727434123_18447186595142597_2747499069113152672_n qarabagh 6
728503142_18447186616142597_353504536008852460_n qarabagh 6
728025312_18447186826142597_252765439448661748_n qarabagh 7
728127432_18447186661142597_1393959176733816172_n qarabagh 8
728704393_18447186583142597_8166149811233805354_n qarabagh 9
728427370_18447186808142597_2468816976207720634_n qarabagh 10
728143475_18447186844142597_2715063778493589935_n qarabagh 11
727158782_18447186715142597_1256044792336928392_n qarabagh 12
729089017_18447186478142597_3009755347650454433_n qarabagh 13
727342314_18447186673142597_8596056920002809866_n qarabakh 17
729437682_18447186607142597_2414714375697336303_n qarabakh 16
727276535_18447186706142597_7362319660185305022_n qarabakh 19
727393756_18447186817142597_3968307877109901544_n qarabakh 18