4 gün, 11 saat əvvəl

UFAZ-ın yaranmasının 10-cu ildönümüdür

ufaz 10 il sayt üçün - 10 illik posttttt

Bu gün Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması haqqında Sərəncamın imzalanmasından 10 il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il 9 iyun tarixində imzalanmış Sərəncamla Azərbaycan və Fransa arasında ali təhsil və elmi əməkdaşlığın inkişafına xidmət edən mühüm bir layihənin – Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsası qoyulub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən UFAZ həmin ilin sentyabr ayında ilk tələbələrini qəbul edərək ölkənin ali təhsil sistemində yeni bir səhifə açıb.

Yarandığı gündən etibarən UFAZ iki ölkə arasında akademik və mədəni körpü rolunu oynayaraq beynəlxalq standartlara uyğun təhsil modelini Azərbaycana gətirib. Universitetin əsas məqsədi ölkənin intellektual potensialının inkişafına töhfə vermək, müasir dövrün çağırışlarına cavab verən yüksək ixtisaslı mütəxəssislər və gələcəyin alimlərini yetişdirməkdir.

Fransanın aparıcı ali təhsil müəssisələri ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən UFAZ tələbələrinə beynəlxalq səviyyədə tanınan iki diplom imkanı təqdim edir. Universitetin məzunları həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), həm də Fransanın tərəfdaş universitetlərinin (Strasburq Universiteti/Renn Universiteti) diplomlarını əldə edərək qlobal əmək bazarında və akademik mühitdə rəqabət üstünlüyü qazanırlar.

Tamamilə dövlət tərəfindən maliyyələşdirilən və tələbələr üçün ödənişsiz olan UFAZ istedadlı gənclərin keyfiyyətli beynəlxalq təhsilə çıxışını təmin edir. İngilis dilində tədris, beynəlxalq professor-müəllim heyəti, müasir laboratoriyalar, tədqiqat imkanları və Fransada təhsil-təcrübə proqramları universitetin fərqləndirici xüsusiyyətləri sırasındadır.

Son on il ərzində UFAZ yalnız təhsil sahəsində deyil, elmi-tədqiqat istiqamətində də mühüm nailiyyətlər əldə edib. Universitetdə təşkil olunan beynəlxalq konfranslar, elmi tədbirlər, sənaye tərəfdaşlıqları və yüksək reytinqli elmi jurnallarda dərc olunan tədqiqatlar onun ölkənin innovasiya və elmi inkişaf ekosistemində mühüm rol oynadığını göstərir.

Bu gün UFAZ məzunları Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin aparıcı şirkətlərində, elmi-tədqiqat institutlarında və universitetlərində uğurla fəaliyyət göstərir, eyni zamanda bir çoxu təhsilini magistratura və doktorantura pillələrində davam etdirərək akademik inkişaf yolunu seçir.

10 il ərzində formalaşdırdığı beynəlxalq akademik mühit, güclü məzun şəbəkəsi, fəal tələbə həyatı və elmi nailiyyətləri ilə UFAZ Azərbaycanın ali təhsil məkanında özünəməxsus yer tutub. Universitet qarşıdakı illərdə də Azərbaycan və Fransa arasında elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın inkişafına töhfə verməyə, yeni nəsil liderlərin və mütəxəssislərin yetişdirilməsinə davam edəcək.

UFAZ ailəsi olaraq universitetin inkişafına töhfə verən bütün tələbə, məzun, müəllim, əməkdaş və tərəfdaşları bu əlamətdar yubiley münasibətilə təbrik edirik!

720341683_18445153042142597_4512329289481654308_n 10 illik posttttt
3 10 illik posttttt
4 10 illik posttttt
5 10 illik posttttt
6 10 illik posttttt
7 10 illik posttttt
810 illik posttttt
9 10 illik posttttt
10 10 illik posttttt
11 10 illik posttttt
12 10 illik posttttt
13 10 illik posttttt
14 10 illik posttttt
15 10 illik posttttt