4 gün, 8 saat əvvəl

UFAZ-da 10-cu dəfə Qəbul İmtahanları Keçirildi!

imhatan 1

29 iyul tarixində UFAZ-ın bakalavriat pilləsi üzrə sayca 10-cu imtahanları keçirildi. Ötən illərlə müqayisədə rekord sayda – 627 nəfər imtahanda iştirak etmək üçün müraciət etmişdir. Namizədlərdən 553 nəfəri imtahanda iştirak etmək hüququ qazanıb. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta DİM balı 553,54 təşkil edib. Onlar arasında ən yüksək göstərən şəxs 681, ən aşağı nəticə göstərən şəxs isə 450 bal toplayıb.

İmtahan verənlərdən 182-ni qızlar, 279-nu isə oğlanlar təşkil edib. Prosesdə iştirak edənlərdən 330-si Azərbaycan, 131-i isə rus dilində imtahan verib.

İmtahan müddətində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov imtahan prosesi ilə tanış olub və övladlarını gözləyən valideynlər ilə görüş keçirib. UFAZ imtahanlarının təşkil edilməsi üçün bu il Strasburq Universitetinin Kimya və kimya mühəndisliyi Tədqiqat şöbəsi müdiri, UFAZ-ın magistratura proqramları üzrə koordinatoru professor Kristofer Serra Bakıda səfərdədir.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində UFAZ-da bakalavr səviyyəsinə 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin dövlət sifarişli əsaslarla qəbul olunması nəzərdə tutulur. Daxili imtahanın nəticələri isə 31 iyul tarixində ictimaiyyətə açıqlanacaq.

imhatan  2
imhatan  3
imhatan  4
imhatan  5
imhatan  6
imhatan  7
imhatan  8
imhatan  9
imhatan  10
imhatan  12
imhatan  11
imhatan  13
imhatan  14
imhatan  15
imhatan  16
imhatan  17
imhatan  18
imhatan  19
WhatsApp Image 2025-07-29 at 16.57.38 (3)
imhatan  20