5 gün, 10 saat əvvəl

UFAZ-da Akademik Komitənin 18-ci iclası keçirilib

726432727_1679701087023756_200413128617475989_n academic 12

Azərbaycan-Fransız Universitetində (UFAZ) Akademik Komitənin 18-ci iclası baş tutub. İclas universitetin akademik fəaliyyət nəticələrinin qiymətləndirilməsi, mövcud çağırışların müzakirəsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Akademik Komitənin iclası UFAZ-ın əməliyyat meneceri Yanik Hoaro (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru Nigar Adilovanın həmsədrliyi ilə baş tutub. İclasda ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, UFAZ koordinatoru, professor Jan-Mark Planeks, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, UFAZ-ın baş katibi Martin Qodon, Tədris Şöbəsinin müdiri Səmra Şiriyeva, UFAZ-ın tədqiqatçı müəllimi, dosent Dünya Babanlı, eləcə də digər üzvlər iştirak ediblər.

İclas zamanı 2025-2026-cı tədris ilinin nəticələri təqdim olunub. Yaz semestri və ümumi akademik göstəricilər, tələbə həyatı, tələbələrin beynəlxalq və yerli ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri ilə bağlı uğurları, 2026-2027-ci tədris ili üzrə qəbul prosesi, eləcə də tədris heyətinin nailiyyətləri nəzərdən keçirilib.

Gündəlikdə yer alan akademik məsələlər çərçivəsində tədris prosesinin daha da təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tələbələr üçün yeni akademik imkanların yaradılması və universitetin tədris infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə üzvləri universitetin insan resurslarının inkişafı, akademik potensialın gücləndirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən təşəbbüsləri müzakirə ediblər.

İclasın əsas müzakirə mövzularından biri UFAZ-ın uzunmüddətli inkişaf perspektivləri olub. Bu çərçivədə universitetin elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ təşəbbüslərin təşviqi, yeni əməkdaşlıq imkanlarının yaradılması və ali təhsilin müxtəlif pillələrini əhatə edən akademik mühitin daha da inkişaf etdirilməsi istiqamətində baxış və hədəflər təqdim edilib.

Çıxışçılar UFAZ-ın beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsinin, akademik keyfiyyət standartlarının qorunmasının və tədqiqat yönümlü universitet modelinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İclasın yekununda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və növbəti dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

726350033_1679700837023781_7136713211753476343_n academic 11
726954923_18446601868142597_3973796053371995478_n academic  1
726606753_18446601904142597_3582219173068860614_n academic 2
726704557_18446601841142597_2950573281139178167_n academic 3
726758636_18446601922142597_1694955032713762318_n academic 4
726231342_18446601850142597_141434917749982548_n academic 5
727360748_18446601859142597_6644792301867653018_n academic 6
725518642_18446601832142597_7034970133666321138_n academic 7
726689789_18446601886142597_7792550318737300919_n academic 7
726526352_18446601913142597_7184728458813374061_n academic 8
726860354_18446601877142597_5617815982825065317_n academic 9
726337125_18446601895142597_4982230608144848914_n academic 10