2 gün, 11 saat əvvəl

UFAZ-da Akademik İnkişaf Şurasının üçüncü iclası keçirilib

667792234_1616830416644157_1227114665488092279_n development 1

Aprelin 7-9-da Azərbaycan-Fransız Universiteti (UFAZ) Strasburq Universiteti (Unistra) ilə əməkdaşlıq çərçivəsində üçgünlük Akademik İnkişaf Şurası iclaslarını təşkil edib.

Görüşlərin əsas məqsədi bakalavr və magistratura ixtisaslarını nəzərdən keçirmək və təkmilləşdirmək olub. Hibrid formatda keçirilən iclaslar Bakı və Strasburqdan olan professor müəllim heyətini, proqram rəhbərlərini, ADNSU-nun akademik heyətini, sənaye tərəfdaşlarını, UFAZ-ın məzun və tələbələrini bir araya gətirib.

Aprelin 7-də keçirilən ilk iclas “Kimya mühəndisliyi” və “Kimya” ixtisaslarına həsr olunub. Sessiya UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, baş katib Martin Qodon və UFAZ-ın fəaliyyət üzrə meneceri Yannik Hoaronun açılış nitqləri ilə başlayıb.

Daha sonra proqram rəhbərləri Alin Meys (onlayn), Frederik Melin, Dünya Babanlı, Filip Bertani, “Kimya mühəndisliyi” proqramının koordinatoru Maksim Florent və Tədris Şöbəsinin müdiri Səmra Şiriyeva kurikulumdakı dəyişikliklər və tələbələrin müvəffəqiyyət göstəriciləri barədə təqdimatlarla çıxış ediblər. Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova məzunların məşğulluq dərəcəsi və karyera perspektivləri barədə məlumat verib.

İclasda “SOCAR Polymer”, “SOCAR Downstream”, bp, “Azərikimya” İB və SOCAR Karbamid Zavodu kimi sənaye liderlərinin nümayəndələri kurikulumun müasir əmək bazarına uyğunlaşdırılması barədə rəylərini bölüşüblər.

Görüşdə kurikulumun təkmilləşdirilməsi, yeni texnologiyaların tədrisə inteqrasiyası və tələbələrin akademik müvəffəqiyyət göstəriciləri əsas müzakirə mövzuları olub.

Aprelin 8-də “Geologiya və geofizika mühəndisliyi”, eləcə də “Neft və qaz mühəndisliyi” ixtisasları üzrə iki ayrı sessiya keçirilib. “Geologiya və geofizika mühəndisliyi” üzrə proqram rəhbərləri Damien Lemarşan, Gilyermo Bozetti, proqram koordinatorları Lukas Bofill və Arzu Əliyeva kurikulumdakı yenilikləri təqdim ediblər. SOCAR, bp, JOCAP, “Socar Fugro” və “eiGroup” şirkətlərinin nümayəndələri müasir sənaye tələbləri ilə bağlı fikirlərini səsləndiriblər.

“Neft və qaz mühəndisliyi” ixtisası üzrə görüşdə proqram rəhbəri Yannik Branke və koordinator Fidan Aslanzadə təqdimatlarla çıxış ediblər. SOCAR, SLB, bp və JOCAP şirkətlərinin nümayəndələri əmək bazarındakı yeni tendensiyaları bölüşüblər.

Müzakirələr zamanı kurikulumların praktik tətbiqləri, sənayedəki mövcud boşluqların aradan qaldırılması və tələbələrin peşəkar mühitə hazırlığına diqqət yetirilib. Xüsusilə məzunların beynəlxalq iş mühitindəki uğurları və ixtisasların üstünlükləri təhlil edilib.

Aprelin 9-da keçirilən sonuncu iclas “Kompüter elmləri” ixtisasına həsr olunub. Proqram rəhbərləri Sesiliya Zanni-Merk, Stefan Ceno və proqram koordinatoru Nahla El Kadhi struktur dəyişiklikləri və yeni texnologiyaların tədrisdə tətbiqi barədə məlumat verib.

İclasda “Kibrit Tech”, “Paşa Bank”, “eiGroup” və “Proxima Cyber” şirkətlərinin əməkdaşları data elmi və süni intellekt üzrə bacarıqlara yiyələnməyin vacibliyinə toxunublar.

İştirakçılar müasir texnologiyaların tədrisdə tətbiqi, tələbələrin karyera hazırlığı və proqramın rəqəmsal mühitə uyğunluğu ətrafında fikir mübadiləsi aparıblar.

İclasların sonunda gələcək təkmilləşdirmələr üçün konkret fəaliyyət planları razılaşdırılıb. Məqsəd UFAZ tələbələrinin həm sənayedə, həm də akademik sahədə beynəlxalq səviyyəli karyeraya tam hazır olmalarını təmin etməkdir.

669325749_1616830446644154_7222658447761609662_n development 2
668750646_1616830473310818_2586092348419244340_n development 3
669031527_1616830513310814_4944864398611845815_n development 4
668558312_1616830573310808_6623681809427541059_n 5
668491194_1616830626644136_9072658177454745786_n development  6
666837117_1616830653310800_3958769162973224110_n development 7
667721556_1616830709977461_6753311617952891121_n development 8
668824935_1616830729977459_7793319329681586184_n development 9
667048416_1616830803310785_8757025450205298039_n development 10
666124017_1616830856644113_4187003187896848773_n development 11
669848244_1616830923310773_2945862793421011760_n development 12
670265173_1616830959977436_8562128362121924413_n development 13
669206619_1616831033310762_2373699077763069554_n development 14
670619282_1616831066644092_1389416587747023612_n development 15
669465394_1616831099977422_6984987762634871141_n development 16
669861255_1616831146644084_5634200556557627020_n development 127
669354362_1616831216644077_5344595609927776479_n development 18
670788763_1616831286644070_3630269859400522505_n development 18
667987983_1616831336644065_6736346849622192039_n development 19