3 gün, 10 saat əvvəl

UFAZ-ın Tədqiqatçısı Strasburq və Nansi Şəhərlərində Elmi Ezamiyyətdə Olub

dunya babanlii fransa 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədqiqatçı müəllimi, k.e.d. dosent Dünya Babanlı 9-22 aprel tarixlərində Fransanın Strasburq və Nansi şəhərlərində elmi ezamiyyətdə olub.

Səfər zamanı Dünya Babanlı Fransanın Strasburq Universiteti və Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) ilə UFAZ arasındakı beynəlxalq proqram çərçivəsində ikili elmi rəhbərliklə doktorantura təhsili alan tələbələrlə görüşlər keçirib onların elmi-təcrübi fəaliyyəti haqqında məlumat aldı.

O, Materiallar Fizikası və Kimyası İnstitutunun (IPCMS) “Nanoquruluşlu Maqnetik Materiallar” laboratoriyasının elmi tədqiqatçısı Dr.Bohdan Kundys və ikili doktorant Fuad Səfərovla birgə praktik tədqiqatlarda iştirak etdi. Doktorantın Fransada olduğu müddətdə əldə etdiyi nəticələr müzakirə olunaraq növbəti mərhələdə görüləcək işlər planlanlaşdırıldı.

Dünya Babanlı Nansi şəhərində Milli Elmi Tədqiqatlar Mərkəzinin “Jean Lamour” İnstitutunun bir sıra tədqiqat laboratoriyalarını ziyarət etdi. Onu bu səfərdə Dr. Vileno Bertrand, Dr. Nathalie Parizel və Molekulyar Materialların Optik və Maqnit Xüsusiyyətləri (POMAM) Tədqiqat Mərkəzinin sabiq direktoru Prof. Philippe Turek müşayiət etdi. Səfərin əsas məqsədi birgə əməkdaşlığın yaradılması üzrə danışıqlar aparmaq idi.

dunya babanlii fransa 2
dunya babanlii fransa 3
dunya babanlii fransa 4
dunya babanlii fransa 5