1 gün, 10 saat əvvəl

UFAZ-ın üç tələbəsi SOCAR-ın Gənc İstedadlar Proqramına qəbul olunublar

1770724941168 car socar 1

SOCAR-ın 2026-cı il üzrə Gənc İstedadlar Proqramının qaliblərinin siyahısı açıqlanıb. Azərbaycan-Fransız Universitetinin (UFAZ) üç tələbəsi - “Kimya mühəndisliyi” ixtisasında təhsil alan Ayşən Niftəliyeva, “Geologiya və geofizika mühəndisliyi” ixtisasında oxuyan İnci Rzayeva və Nəzrin Mehdiyeva proqramın qalibləri arasında yer alıblar.

Proqramın hədəfi neft və qaz sektorunda təcrübə qazanmaq istəyən istedadlı gəncləri üzə çıxararaq onlara biliklərini təkmilləşdirmək imkanı təqdim etməkdir. Proqram həm Azərbaycan, həm də xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr, o cümlədən yeni məzun olmuş gənclərin peşəkar inkişafı və əmək bazarına inteqrasiyasını təmin etmək məqsədilə hazırlanıb.

Proqramda iştirak edən gənclər gələcəyin enerji mütəxəssisləri sırasına qoşulmaq şansı qazanırlar. İştirakçılar real iş mühitində təcrübə əldə edir, peşəkar mentorlardan dərs alır və müxtəlif layihələrdə iştirak edirlər.

İştirakçılar şəxsi və peşəkar inkişafları üçün zəruri olan təlimlərə qatılmaq, zəngin elektron öyrənmə platformalarından faydalanmaq və müxtəlifliyin təmin olunduğu inklüziv korporativ mühitdə çalışmaq imkanı qazanırlar.

Proqram müddətində iştirakçılara aylıq ödəniş təqdim olunacaq və təcrübə göstəricilərinə əsasən, SOCAR-da işə qəbul şansı yaradılacaq.

Tələbələrimizi təbrik edir və onlara Gənc İstedadlar Proqramında uğurlar arzulayırıq.