3 həftə, 3 gün əvvəl

ADNSU və UFAZ əməkdaşlarına yeni quraşdırılmış “Shimadzu ICP-MS” sistemi üzrə təlim keçilib

702010113_18441404992142597_3964065145386218620_n icmp 2

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədris laboratoriyaları binasında yeni quraşdırılmış “Shimadzu ICP-MS” sistemi üzrə dörd günlük təlim proqramı uğurla başa çatdırılıb. Təlim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və UFAZ-ın laboratoriyalarında fəaliyyət göstərən müəllimlər, laborantlar və texniki heyət üçün təşkil olunub.

Təlim çərçivəsində iştirakçılara ICP-MS cihazının iş prinsipləri, tətbiq sahələri və gündəlik istismar qaydaları haqqında geniş nəzəri biliklər təqdim olunub. Eyni zamanda, keçirilən praktik sessiyalar zamanı iştirakçılar cihazın istifadəsi, nümunələrin hazırlanması, analiz prosesləri, kalibrasiya mərhələləri və texniki qulluq prosedurları ilə yaxından tanış olublar.

Qeyd edək ki, müasir Shimadzu ICP-MS sistemi ultra-aşağı konsentrasiyalarda metal və qeyri-metal elementlərin dəqiq analizini həyata keçirməyə imkan yaradır. Cihazın ətraf mühit monitorinqi, suyun keyfiyyətinin qiymətləndirilməsi, geokimya, materialşünaslıq və digər elmi-tədqiqat istiqamətlərində geniş istifadə olunacağı gözlənilir.

702670250_18441405049142597_1787602660972334662_n icmp 1
702201126_18441405022142597_759196324421446165_n icmp 3
701776805_18441405040142597_1892237151614090073_n icmp 4
701557976_18441405031142597_8586857745449343158_n icmp 5
702179752_18441405076142597_5077448833455079043_n icmp 6
702177008_18441405010142597_4923306854671673516_n icmp 7
702177005_18441405058142597_6001015772800422753_n icmp 8
701663640_18441405067142597_2157990288551307622_n icmp 9