5 gün, 12 saat əvvəl

UFAZ-ın iki tələbəsi “Azercell”in təqaüd proqramının qalibi olub

660101949_1611138337213365_7923839549572771644_n azercel 5

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə təhsil alan iki tələbəsi “Azercell Telekom” MMC-nin elan etdiyi nüfuzlu “Tələbə Təqaüdü Proqramı 2026”nın qalibi adını qazanıb.

Ölkənin rəqəmsal transformasiya və telekommunikasiya sahəsində aparıcı şirkətlərindən biri olan "Azercell" tərəfindən həyata keçirilən bu proqrama cari ildə 1460-dan çox müraciət daxil olub. Üç mərhələli seçim prosesindən uğurla keçən cəmi 15 tələbə qaliblər sırasına daxil ola bilib. Seçilmiş 15 nəfər arasında UFAZ-ın tələbələri olan Asiman İsmayılova və Elnur Haqverdiyev də yer alıb.

Proqramın əsas məqsədi yüksək akademik nəticələri olan istedadlı gənclərin peşəkar inkişafına dəstək vermək və ölkədə texnoloji sahədə kadr potensialını gücləndirməkdir.

Proqram çərçivəsində tələbələr aşağıdakı imkanları əldə ediblər:

  • Təhsil müddətinin sonunadək aylıq təqaüd dəstəyi;
  • Telekommunikasiya və müasir texnologiyalar sahəsində praktik biliklərin artırılması;
  • Şirkət daxilində karyera imkanları və peşəkar təcrübə proqramları ilə yaxından tanışlıq.

UFAZ tələbələrini bu münasibətlə təbrik edir, proqram müddətində həyata keçirəcəkləri fəaliyyətlərində uğurlar arzulayırıq!

660484769_1611137620546770_2905402290200341518_n azercel 1
659832588_1611137787213420_2247274172876819241_n azercel 2
661444563_1611137790546753_842706050374704703_n azercel 3
660517976_1611138230546709_842281190119923198_n azercel 4