1 gün, 23 saat əvvəl

UFAZ-ın 4-cü kurs tələbələri Fransada beynəlxalq təcrübə proqramına seçiliblər

vebb internships within the Spring semester of the 20252026 academic year 2 studs

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbələri Fransada beynəlxalq tədqiqat təcrübə proqramında iştirak edirlər.

Rəcəb İskəndərli Lill Universitetində “Tezlik oblastında Furye çevrilməsi kütlə spektrometriyasında yüksək ayırdetmə imkanının tətbiqi” mövzusunda tədqiqat işləri ilə məşğuldur. Ayan İsmayılova isə Mari və Lui Paster Universitetində “Paylanmış dərin öyrənmədə kommunikasiya səmərəliliyi üsullarının tədqiqi” mövzusu üzrə araşdırma həyata keçirir.

Tələbələr UFAZ-ın müəllimləri Nahla El Kadhi və Ülviyyə Abdulkərimovanın rəhbərliyi ilə seçiliblər. Onların təcrübə prosesi Lill Universitetindən Bayan Almasri, Mari və Lui Paster Universitetindən Rafael Kuturye tərəfindən dəstəklənib. Tələbələrin proqram çərçivəsindəki təcrübə fəaliyyətləri “Kompüter elmləri” ixtisasının proqram menecerləri Erik Kristoffel və Stefan Jeno tərəfindən təsdiqlənib. Müəssisələr və tələbələr arasında rəsmi təcrübə müqavilələri bağlanıb.

Beynəlxalq akademik mühitdə elmi tədqiqat bacarıqlarını təkmilləşdirən UFAZ tələbələrini ürəkdən təbrik edirik!