2 gün, 19 saat əvvəl

UFAZ əməkdaşlarının tədqiqat layihələri 2026-cı il qrant müsabiqəsinin qalibi olub

UFAZ Grant (Presentation) vebbiieee 2026

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) birgə elan etdiyi 2026-cı il Tədqiqat Layihələri Qrant Müsabiqəsinin nəticələri açıqlanıb. UFAZ Tədqiqat Şurasının üzvləri və beynəlxalq ekspertlər tərəfindən aparılan elmi qiymətləndirmə nəticəsində maliyyələşdirilməsi tövsiyə olunan 10 tədqiqat layihəsi seçilib. Layihələrin həyata keçirilməsi üçün ümumilikdə 109 183 AZN məbləğində qrant ayrılıb.

Müsabiqənin qalibləri arasında UFAZ-ın dörd əməkdaşı da yer alıb. Geofizika proqramının koordinatoru Arzu Əliyeva, kimya laboratoriyasının assistenti Zümrüd Yunusova, fizika üzrə koordinator və müəllim Gülyaz Nəcəfova, həmçinin kompüter elmləri müəllimi Yusif İbrahimov təqdim etdikləri tədqiqat layihələri ilə qrant qazanıblar. Onların layihələri geologiya və geofizika, bərpa olunan enerji materialları, ağıllı nanomateriallar və süni intellekt sahələrində innovativ elmi araşdırmaları əhatə edir.

Bu müsabiqə UFAZ və ADNSU-da elmi tədqiqat fəaliyyətinin inkişafına yeni təkan verməklə yanaşı, fənlərarası əməkdaşlığın genişləndirilməsi, beynəlxalq elmi tərəfdaşlıqların gücləndirilməsi və gənc tədqiqatçıların dəstəklənməsini hədəfləyir. Eyni zamanda, layihələrin bir qismi UFAZ konsorsiumuna daxil olan Fransa universitetlərində doktorantura proqramları çərçivəsində formalaşmış elmi əməkdaşlıqların daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qrant müsabiqəsində uğur qazanan bütün layihə rəhbərlərini təbrik edir, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.