6 gün, 8 saat əvvəl
UFAZ-ın məzunu Aynur Nağızadə doktorluq dissertasiyasını uğurla müdafiə edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Fiziki kimya/kimya mühəndisliyi” ixtisası üzrə magistr proqramının məzunu və Strasburq Universitetinin (Unistra) doktorantı Aynur Nağızadə doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.
“Şəhər aerozollarının kəmiyyət xarakteristikası: Onların emissiya mənbələrinin, konsentrasiyasının və mövsümi dəyişkənliyinin müəyyənləşdirilməsi” adlı dissertasiya işinin müdafiəsi 2026-cı il iyunun 9-da Fransanın Strasburq Universitetində (Unistra) baş tutub.
Dörd il davam edən elmi-tədqiqat fəaliyyəti ərzində Aynur Nağızadə atmosfer kimyası və ətraf mühitin monitorinqi sahəsində araşdırmalar aparıb. Tədqiqatlarının nəticələri beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bu müddətdə onun müəllifi olduğu iki elmi məqalə nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Eyni zamanda, o, əldə etdiyi nəticələri iki beynəlxalq elmi konfransda təqdim edib.
Doktorantura təhsili müddətində o, professorlar Moris Milye və Olivye Delomun elmi rəhbərliyi altında fəaliyyət göstərib.
Qeyd edək ki, Aynur Nağızadənin doktorantura təhsili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Dövlət Proqramı çərçivəsində dəstəklənib.
Dr. Aynur Nağızadəni bu mühüm elmi nailiyyət münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.