2 gün, 13 saat əvvəl

UFAZ-ın məzunu Bəylər Zərbəliyev “Cotutelle” proqramı çərçivəsində fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib

667138941_1613638766963322_2712703032684583872_n baylar 2

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Bəylər Zərbəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (Unistra) arasındakı “Cotutelle” proqramı çərçivəsində doktorantura təhsilini uğurla başa vuraraq kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Bəylər Zərbəliyev Strasburq Universitetində (Unistra) Dr. Benoa Lui, Dr. Qaetan Lütsveyler və Dr. Nərminə Quliyevanın rəhbərliyi altında “Xroniki yaraların müalicəsi üçün seolit/biopolimer kompozitləri əsasında çoxfunksiyalı hidrogellərin təkmilləşdirilməsi” mövzusunda dissertasiyasını müdafiə edib.

Doktorantura təhsili müddətində gənc alimin beynəlxalq səviyyəli jurnallarda 2 elmi məqaləsi dərc olunub. Beynəlxalq konfranslarda təqdim etdiyi elmi işlərinə görə o, “Ən yaxşı poster” və “Ən yaxşı şifahi təqdimat” mükafatlarına layiq görülüb.

Dr. Bəylər Zərbəliyevi bu böyük nailiyyəti münasibətilə təbrik edir, ona elmi və peşəkar fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq!

666771236_1613638733629992_1437719520998047071_n baylar 1
663089740_1613638800296652_7259338018598556840_n baylar 3